Icma.az
close
up
RU
Rusiyalı deputatların anti Azərbaycan mövqeyi

Rusiyalı deputatların anti Azərbaycan mövqeyi

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zaman -zaman Rusiyada Azərbaycan əleyhinə sərsəm fikirlər sələndirən Dövlət Dumasının deputatları olub və onlara şillə kimi cavablar verilərək öz dərslərini layiqincə alıblar. Son günlər onların sırasına Rusiya Dövlət Dumasının daha bir deputatı Mixail Matveyev də qoşulub. Rusiyalı deputat əslən Azərbaycandan olan Cəlil Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığını bəyan edib və bildirib ki, “Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir”. 

Bəs rusiyalı deputatların anti-Azərbaycan açıqlamalarının əsl səbəbi nədir?

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, burada iki nüans var və bu nüanslardan birincisi odur ki, Rusiyada müəyyən siyasi xadimlər var, hansılar ki, bunlar Azərbaycana qarşı ənənəvi olaraq düşmən mövqedədirlər: 

"Kimlərdir bunlar? Faşist ideologiyası olan şovinist düşüncəli ruslardır, hansılar ki fikirləşir ki, Azərbaycan onların bir əyalətidir. Azərbaycan onlara borcludur. Azərbaycan geridəqalmış bir yerdir. Azərbaycan Rusiya nə deyirsə, onunla oynamalıdır və bunlar ənənəvi olaraq həm şovinist ruhlarından irəli gələn şəkildə, həm də ümumiyyətlə Azərbaycanı tənqid eləmək istəyirlər. Bu qrup daha genişdir əslində. Məsələn, təkcə bu şovinist hisslərindən irəli gəlmir. Bu qrup içərisində ermənilərlə və liberal qüvvələrlə yaxın olan şəxslər də var. Hansılar ki, bəziləri sırf ermənilərlə dostluq edir və onların ortaq biznesi var, onlar eyni mühitdədir, onlardan pul alır deyə lobbiçilik eləyərək Azərbaycan əleyhinə ittiham səsləndirirlər. 

Bəziləri isə guya liberal qüvvələrdir və bunların fikrincə Azərbaycan Qərb dəyərlərindən, Avropa dəyərlərindən uzaqdır, guya Ermənistan daha çox demokratikdir və ermənilər burada haqlıdır. Azərbaycan demokratiyadan uzaq, geridəqalmış bir cəmiyyətdir kimi fikirlər səsləndirməklə ölkəmiz əleyhinə propaqanda aparırlar. Biz bunları görmüşük. Məsələn, ən məşhur nümayəndələri Zatulindir, digərləridir və s. Hansı ki, bunlar həmişə Azərbaycan əleyhinə neqativ danışırlar. Bu qrup vaxtaşı olaraq bunun dozasını azaldıb və ya artırıb. Biri də var sırf daha əvvəllər Azərbaycan əleyhinə xüsusi çıxışlar etməyən, amma son dövrlərdə aktivləşən şəxslər var. Məsələn, Azərbaycanı təhdid edirlər, Azərbaycan dövlətini təhqir edirlər. Azərbaycan dövlət başçısının ünvanına nalayiq ifadələr işlədirlər və s.Bunların isə əsl məqsədi psixoloji və siyasi təzyiq yaratmaqdır. Çünki Azərbaycan dövləti müstəqil dövlətdir, öz müstəqil xarici siyasəti var”. 

Turab Rzayev qeyd edib ki, biz bunu daha əvvəllər fərqli sahələrdə görmüşük: “Xüsusilə təyyarəmiz vurulduqdan sonra baş verən prosesləri gördük. Azərbaycan isə bu məsələdə özünün suveren hüquqlarını müdafiə edərək bildirdi ki, təyyarəmiz vurulub və üzr istənməlidir, o cümlədən cinayətkarlar həbs olunmalıdır və s. Bu isə bir çoxlarının xoşuna gəlmir ki, niyə Azərbaycan dünənə qədər balaca bir ölkə idi, bizim işğalımız altındaydı. Yəni bu qədərmi Azərbaycan artıq böyüyüb ki, Rusiyadan bunun cavabını soruşur. Yaxud deyək ki, Azərbaycan və Qərb arasında yaxınlaşma olduqda, Azərbaycan-Rusiya münasibətlərini soyuma olduqda və yaxud ən son deyək ki, 9 may paradı ilə bağlı bu məsələlərdə bu şəxslər vaxtaşırı dilə gəlirlər. Qarabağla bağlı isə Azərbaycan siyasəti Rusiya ilə üst-üstə düşmədikdə də onlar Azərbaycanı tənqid edirlər. Bu ona hesablanıb ki, bir çox hallarda Rusiya dövləti rəsmi şəkildə ifadə eləyə bilmədiyi fikirləri bu şəxslərin üzərindən ifadə edir və biz bunu əvvəllər də görmüşük. Məhz buna da Azərbaycan dövləti çox sərt açıqlama verib”. 

Politoloq bildirib ki, bundan əvvəl Vladimir Jirinovski bu rolda çıxış edirdi: “O təkcə Azərbaycana qarşı deyil, dünyaya qarşı Rusiyanın nə etməli olduğu fikirləri rəsmi şəkildə ifadə edirdi. Biz isə adətən bu şəxsləri tanıyırıq və görürük ki, məsələn, qəfildən daha əvvəl Azərbaycanı tanımayan bir şəxs Azərbaycan əleyhinə fikir səsləndirir. Aydın məsələdir ki, burada Azərbaycanın xarici və daxili siyasətini nizamlama meylləri var. Bəzi hallarda isə olur ki, hər iki qrupun fikirləri üst-üstə düşür. Məsələn, Rusiya dövləti Azərbaycana xüsusi təzyiq göstərmək istəyəndə həm Dumadakı bu şəxslərə həm də daha əvvəl də çıxış edən şəxslərə, o cümlədən ermənipərist qüvvələrə də eyni vaxtda tapşırıq gəlir ki, onlar da Azərbaycan əleyhinə paralel təbliğat aparsınlar. Yəni ya mərkəzdən eyni vaxtda tapşırıq gəlir, ya da ki, ermənilərə yaxın olan anti azərbaycanlı qüvvələr düşünürlər ki, əllərinə fürsət keçib və onlarda bu fürsəti dəyərləndirib, xora qoşulurlar. Ancaq buna baxmayaraq, Azərbaycan dövləti heç vaxt bu cür hücumlara qarşı geri addım atmayıb. Hətta Azərbaycan Prezidenti də dəfələrlə açıq şəkildə bəyan edib ki, bu adamları kim danışdırır? Əslində həmin ölkənin rəhbərliyi deməlidir ki, bu fikiri rəhbərlik səsləndirmirsə, başqaları da münasibət bildirməməlidir. Kimsə anti-Azərbaycan əleyhinə çıxış edirsə, o halda həmin şəxs vəzifədən uzaqlaşmalıdır. Əgər onun qarşısı alınmırsa, demək rəhbərlik də burada onlarla həmfikirdir”.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 İyun 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri