Icma.az
close
up
RU
Antidepressantlar asılılıq yaradır? Psixiatr açıqladı

Antidepressantlar asılılıq yaradır? Psixiatr açıqladı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Antidepressantlar və digər psixiatrik dərmanların istifadəsi cəmiyyətdə onların asılılıq yaradıb-yaratmaması ilə bağlı suallar doğurur. Xüsusilə uzun müddət bu dərmanlardan istifadə edən şəxslərdə müalicənin dayandırılması zamanı yaranan əlamətlər bəzən asılılıqla qarışdırılır. Bəs antidepressantlar həqiqətən asılılıq yaradırmı? Dərmanı dayandırarkən hansı əlamətlər meydana çıxa bilər və uzun müddət antidepressant qəbul edən şəxs müalicəni necə dayandırmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixiatr, psixoloq Almara Ağaqızı bildirib ki, cəmiyyətdə psixiatrik dərmanlarla bağlı ən çox rast gəlinən narahatlıqlardan biri, xüsusilə antidepressantların “asılılıq yaratması” ilə bağlıdır. Halbuki elmi baxımdan asılılıqla dərmanı dayandırarkən yaranan çəkilmə (withdrawal) sindromunu bir-birindən ayırmaq vacibdir.

Onun sözlərinə görə, antidepressantlar adətən asılılıq yaradan preparatlar hesab edilmir, lakin bəzi hallarda onların dayandırılması çəkilmə əlamətlərinə səbəb ola bilər.
"Onlar adətən insanda eyforiya, dərmana qarşı idarəolunmaz istək və ya dozanı davamlı artırmaq ehtiyacı yaratmır. Lakin uzun müddət istifadə zamanı beyin və sinir sistemi dərmanın yaratdığı neyrokimyəvi şəraitə uyğunlaşır. Antidepressantlar serotonin və noradrenalin kimi neyromediator sistemlərinə təsir etməklə yanaşı, zamanla reseptorların həssaslığı və neyroplastiklik proseslərində də dəyişikliklər yaradır. Bu səbəbdən dərmanın qəfil dayandırılması başgicəllənmə, ürəkbulanma, yuxu pozuntusu, narahatlıq, əsəbilik, tərləmə, əhval dəyişiklikləri və bəzən “elektrik cərəyanı” kimi təsvir edilən qəribə sensor hisslər yarada bilər. Bu əlamətlərin meydana çıxması insanın mütləq dərmandan asılı olması demək deyil; çox zaman bu, orqanizmin dərmana fizioloji uyğunlaşmasının nəticəsidir. Digər vacib məqam çəkilmə sindromunu depressiya və ya təşviş pozuntusunun yenidən qayıtması ilə qarışdırmamaqdır. Çəkilmə əlamətləri adətən doza azaldıldıqdan və ya dərman kəsildikdən sonra başlayır və əvvəlki xəstəlikdə olmayan fiziki simptomlarla da müşayiət oluna bilər. Buna görə bu iki vəziyyəti mütəxəssis qiymətləndirməlidir. Burada bütün psixiatrik preparatları eyni qrupa daxil etmək də düzgün deyil. Məsələn, benzodiazepin qrupundan olan bəzi sakitləşdirici dərmanlarda fiziki asılılıq və ciddi çəkilmə reaksiyalarının yaranması mümkündür. Buna görə onların qəfil dayandırılması təhlükəli ola bilər", - deyə psixoloq vurğulayıb.
O, daha sonra əlavə edib ki, uzun müddət antidepressant qəbul edən insan dərmanı özbaşına və birdən-birə kəsməməlidir.
"Müasir klinik yanaşmada dozanın həkim nəzarəti altında mərhələli şəkildə azaldılması (“tapering”) tövsiyə edilir. Burada hər kəs üçün eyni sxem yoxdur. Dərmanın növü, dozası, nə qədər müddət istifadə edilməsi, insanın fərdi həssaslığı və əvvəlki azaltma təcrübələri nəzərə alınmalıdır. Bəzi insanlarda bu proses həftələr, digərlərində isə aylar çəkə bilər.
Psixiatrik dərmanlarla bağlı əsas problemlərdən biri “bu dərmanların hamısı asılılıq yaradır” qorxusu ilə “özümü yaxşı hiss edirəm, dərmanı bu gündən dayandırıram” düşüncəsi kimi iki ifrat yanaşmanın mövcud olmasıdır. Hər iki yanaşma yanlış və risklidir. Psixi sağlamlığın müalicəsində məqsəd insanı dərmana bağlamaq deyil. Məqsəd onun psixoloji vəziyyətini və gündəlik funksionallığını bərpa etmək, lazım gəldikdə psixoterapiya və digər dəstək üsullarını müalicəyə daxil etmək, uyğun zamanda isə preparatı həkim nəzarəti ilə təhlükəsiz şəkildə azaltmaqdır. Unutmamalıyıq ki, dərmanı düzgün başlamaq qədər, onu düzgün və mərhələli şəkildə dayandırmaq da müalicənin vacib hissəsidir”, - deyə Almara Ağaqızı fikrini tamamlayıb.
Nuray Paşşanlı
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri