Icma.az
close
up
RU
Antiinhisar internetin bahalaşdırılması təklifini RƏDD ETDİ

Antiinhisar internetin bahalaşdırılması təklifini RƏDD ETDİ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçı, AZCON tabeliyində olan “Aztelekom” internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır.

Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi “ekspertlərin” yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar.

Açıq-aşkar görünürdü ki, növbəti qiymət artımı üçün ictimai zəmin hazırlanır. İndi isə məlum olur ki, Antiinhisar təbii inhisarçı olan “Aztelekom”un minimal sürəti və buna uyğun qiyməti artırmaq müraciətinə razılıq verməyib".

"Cebheifo.az" xəbr verir ki, bunu İK üzrə müəxəssis Osman Gündüz deyib.

Ekspert bildirib ki, qərar ədalətli və qanunauyğun, məntiqli bir yanaşmadır: 

"Çünki rəsmi statistika da göstərir ki, hazırda 90%-dən çox istifadəçi elə 100 Mbit/s üzərində “oturub”. Yəni böyük əksər istiafdəçilərin  minimal sürəti artırmaq deyə bir tələbatı yoxdur. Provayderlərin hazırda da təklif etdikləri 200 Mbit/s və daha yuxarı sürətlərdən çox cüzi sayda insan istifadə edir.
Necə deyərlər, bu dəfə Aztelekom üçün “sürəti artırırıq” arqumenti ilə minimum ödənişi də artırmaq mümkün olmayıb.

Xatırladıram ki, 15 avqust 2024-cü ildə ölkədə internet üçün böyük tarif şoku yaşandı. Aztelekom-un təşəbbüsü ilə bütün provayderlər EYNİ ANDA minimal qiymətləri qaldırdılar. Minimal internet paketi 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirildi. Aylıq minimum ödəniş o zaman təxminən 40 faiz artırılmışdı.

Halbuki rəsmi statistikalar göstərirdi ki, o zaman istifadəçilərin 90%-i məhz həmin 40 Mbit/s sürətindən istifadə edirdi. Daha ucuz paketdən istifadə etmək istəyən vətəndaşlara seçim imkanı verilmədi. Xatırlayıram ki, bölgələrdə o zaman şərikli internetə keçənlər, hətta imtina edənlər də oldu. O zaman Antiinhisar bununla bağlı iş qaldırdı. Antiinhisar bəlkə də Azərbaycanda inhisarçılıq tarixində ilk dəfə olaraq Aztelekom-un bu addımını “KARTEL SÖVDƏLƏŞMƏSİ” olaraq qiymətləndirdi. Təəssüf ki, o zaman Antiinhisarın Xidmət statusunun ləğvi və Agentliyə çevrilməsi ilə bu proses başa çatdırılmadı.

Bildiyim qədər, hazırda Aztelekom internet istifadəçilərindən toplanan həmin vəsaitlər hesabına aylıq dövriyyəsini az qala 100 milyona qədər qaldıra bildi. Yəni həmin “15 avqust” tarif şokundan sonra Aztelekom artıq illik dövriyyəsi milyard manat olan nəhəng bir təbii inhisar subyektinə çevrilib".

O.Gündüzün sözlərinə görə, bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlığın təmin edilməsi istiqamətində RİNN-in, "Aztelekom"un səyləri təqdirəlayiq olub:

"Eyni zamanda, əlbəttə, əlçatanlıqla bərabər yüksək sürətlərə də ehtiyac var. Lakin bu, heç bir halda hamı üçün minimal qiyməti qaldırmaq hesabına olmalı deyil. İstifadəçilərə seçim imkanı verilməlidir. Hər bir ailənin həmin xidmətə hər ay pul ödəyə bilməsi də əlçatanlığın əsas şərtidir.

Beləliklə, "Antiinhisar"ın bu dəfə təbii inhisarçı olan "Aztelekom"a qiymət artımına imkan verməməsi təqdirəlayiqdir. Əminəm ki, asan olmayıb.
Əvvəlki artımla bağlı suallar açıq qalsa da, heç olmasa növbəti bahalaşmanın qarşısı alınıb. Buna da şükür. Ümid edirəm ki, bu prinsipiallıq davamlı olacaq". 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri