Icma.az
close
up
RU
Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan “Aztelekom” internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi “ekspertlərin” yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar”.

Gununsesi.info bildirir ki, Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün məsələyə belə münasibət bildirib:

“Açıq-aşkar görünürdü ki, növbəti qiymət artımı üçün ictimai zəmin hazırlanır.

İndi isə məlum olur ki, Antiinhisar təbii inhisarçı olan “Aztelekom”un minimal sürəti və buna uyğun qiyməti artırmaq müraciətinə razılıq verməyib.

Əlbəttə, Antiinhisarın bu qərarı ədalətli və qanunauyğun, məntiqli bir yanaşmadır.

Çünki rəsmi statistika da göstərir ki, hazırda 90%-dən çox istifadəçi elə 100 Mbit/s üzərində “oturub”. Yəni böyük əksər istiafdəçilərin  minimal sürəti artırmaq deyə bir tələbatı yoxdur.

Provayderlərin hazırda da təklif etdikləri 200 Mbit/s və daha yuxarı sürətlərdən çox cüzi sayda insan istifadə edir.

Necə deyərlər, bu dəfə Aztelekom üçün “sürəti artırırıq” arqumenti ilə minimum ödənişi də artırmaq mümkün olmayıb.

Xatırladıram ki, 15 avqust 2024-cü ildə ölkədə internet üçün böyük tarif şoku yaşandı. Aztelekom-un təşəbbüsü ilə bütün provayderlər EYNİ ANDA minimal qiymətləri qaldırdılar.

Minimal internet paketi 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirildi. Aylıq minimum ödəniş o zaman təxminən 40 faiz artırılmışdı.

Halbuki rəsmi statistikalar göstərirdi ki, o zaman istifadəçilərin 90%-i məhz həmin 40 Mbit/s sürətindən istifadə edirdi.

Daha ucuz paketdən istifadə etmək istəyən vətəndaşlara seçim imkanı verilmədi.

Xatırlayıram ki, bölgələrdə o zaman şərikli internetə keçənlər, hətta imtina edənlər də oldu.

O zaman Antiinhisar bununla bağlı iş qaldırdı. Antiinhisar bəlkə də Azərbaycanda inhisarçılıq tarixində ilk dəfə olaraq Aztelekom-un bu addımını “KARTEL SÖVDƏLƏŞMƏSİ” olaraq qiymətləndirdi. Təəssüf ki, o zaman Antiinhisarın Xidmət statusunun ləğvi və Agentliyə çevrilməsi ilə bu proses başa çatdırılmadı.

Bildiyim qədər, hazırda Aztelekom internet istifadəçilərindən toplanan həmin vəsaitlər hesabına aylıq dövriyyəsini az qala 100 milyona qədər qaldıra bildi. Yəni həmin “15 avqust” tarif şokundan sonra Aztelekom artıq illik dövriyyəsi milyard manat olan nəhəng bir təbii inhisar subyektinə çevrilib.

Bizim mövqeyimiz dəyişməzdir.

Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlığın təmin edilməsi istiqamətində RİNN-in, Aztelekomun səyləri təqdirəlayiq olub. Eyni zamanda, əlbəttə, əlçatanlıqla bərabər yüksək sürətlərə də ehtiyac var.

Lakin bu, heç bir halda hamı üçün minimal qiyməti qaldırmaq hesabına olmalı deyil. İstifadəçilərə seçim imkanı verilməlidir. Hər bir ailənin həmin xidmətə hər ay pul ödəyə bilməsi də əlçatanlığın əsas şərtidir.

Beləliklə, Antiinhisarın bu dəfə təbii inhisarçı olan Aztelekoma qiymət artımına imkan verməməsi təqdirəlayiqdir. Əminəm ki, asan olmayıb.

Əvvəlki artımla bağlı suallar açıq qalsa da, heç olmasa növbəti bahalaşmanın qarşısı alınıb. Buna da şükür.

Ümid edirəm ki, bu prinsipiallıq davamlı olacaq”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:372
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Oktyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri