Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyalı tədqiqatçılar, Soria bölgəsində tapılan və "Berlanqa kuboku" adlandırılan e.ə. II əsrə aid nadir Roma eksponatı üzərindəki araşdırmalarını tamamlayıblar.
"Euronews"un verdiyi xəbərə görə, bu tunc qab, antik dövrün nəhəng müdafiə xətti olan Hadrian Divarının şərq hissəsindəki qalaların adlarını ehtiva edən dünyada yeganə nümunə hesab olunur.
Aparılan texniki analizlər kubokun İngiltərədəki yerli mədənlərdən alınan metallarla hazırlandığını və o dövrün prestijli xatirə əşyası olduğunu sübut edib.
Alimlər hesab edirlər ki, bu əsər Britaniyada xidmət etmiş Keltiber mənşəli bir Roma əsgəri tərəfindən 2000 kilometrlik yol qət edilərək öz vətəninə gətirilib.
Tapıntının aşkar edildiyi ərazidə aparılan qazıntılar, həmçinin e.ə. I-IV əsrlərə aid bir Roma villasının qalıqlarını da üzə çıxarıb.
Ölçüləri və bədii tərtibatı ilə digər nümunələri geridə qoyan bu unikal qab hazırda Soriyadakı Numantino Muzeyində bərpa edilir.
Qeyd edək ki, bu kəşf həm Roma hərb tarixi, həm də antik dövrün ticarət və mədəni əlaqələri haqqında yeni elmi üfüqlər açır.
Kənd havası - Əli Zərbəlinin yeni hekayəsi Muzeylərə nəzarət Mədəniyyət Nazirliyinin tabeliyindən alınıb Dövlət Xidmətinə verilir XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 27 Aprel 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















