Icma.az
close
up
RU
Təsadüfən tapılan Roma qılıncları Britaniyada qədim məskunlaşmanı üzə çıxardı

Təsadüfən tapılan Roma qılıncları Britaniyada qədim məskunlaşmanı üzə çıxardı

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Britaniyada aparılan arxeoloji tədqiqatlar zamanı qədim Roma dövrünə aid nadir tapıntılar gün üzünə çıxıb.

AzPost xəbər verir ki, İngiltərənin Qlosterşir qraflığında təsadüfən aşkarlanan iki Roma qılıncı arxeoloqları Dəmir dövrünə aid yaşayış məskəninin izlərinə aparıb. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Tapıntılar hələ 2023-cü ildə metal detektoru ilə axtarış aparan bir həvəskar tərəfindən aşkar olunub. Qılınclar cəmi 2,5 sm dərinlikdə yerləşirdi və əgər vaxtında aşkarlanmasaydı, kənd təsərrüfatı texnikası tərəfindən zədələnə bilərdi. Arxeoloq Peter Busbi bu kəşfi “nadir bir şans” adlandırıb.

Əldə olunan məlumatlara görə, qılınclar eramızın II–III əsrlərinə aiddir və “spatha” tipli – yəni Roma süvarilərinin istifadə etdiyi qılınclardır. Onlardan biri üzərində dekorativ naxışlı qaynaq izləri var və bu, onun yüksək rütbəli bir şəxsə məxsus olduğunu göstərir. Tədqiqatçılar ehtimal edir ki, bu silahlar irəliləyən Sakson hücumlarından qorunmaq üçün gizlədilmiş ola bilər.

Sonrakı qazıntılar zamanı məlum olub ki, qılınclar Roma villasının xarabalıqları içərisində basdırılıb. Daha da maraqlısı budur ki, həmin villa daha qədim – Dəmir dövrünə aid bir yaşayış məntəqəsinin üzərində inşa olunub. Bu isə ərazidə ardıcıl məskunlaşmanın olduğunu göstərən mühüm arxeoloji sübutdur.

Qazıntı işləri zamanı həmçinin keramika dam örtüyü, yeraltı istilik sisteminə aid plitələr və boyanmış suvaq fraqmentləri tapılıb. Bu materiallar həmin dövrdə tikinti və məişət texnologiyalarının yüksək səviyyədə olduğunu sübut edir.

Qılınclar və digər tapıntılar hazırda ekspertiza mərhələsindədir və yaxın vaxtlarda ictimaiyyətə muzey sərgisi vasitəsilə təqdim olunacağı gözlənilir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri