Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizəddir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 8 aprel, AZƏRTAC
“Napoli”nin çalışdırıcısı Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizəd hesab olunur.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, Covanni Malaqo və Cankarlo Abetedən biri İtaliya Futbol Federasiyasının prezidenti seçilsə, təcrübəli mütəxəssisi yığmanın sükanı arxasına gətirəcək.
İtaliya millisinin sabiq futbolçuları Paolo Maldini, Alessandro Del Pyero və Demetrio Albertininin də prezident seçkilərində iştirakı istisna olunmur.
Bildirilib ki, baş məşqçi vəzifəsi üçün digər mümkün variantlar sırasında Roberto Mançini və Massimiliano Alleqri də yer alır. İtaliya Futbol Federasiyasının yeni prezidenti iyunun 22-də keçiriləcək seçkilərdə müəyyənləşəcək. Bu səbəbdən yığmanın həmin ayın əvvəlində keçiriləcək yoldaşlıq oyunlarına müvəqqəti baş məşqçi rəhbərlik edəcək.
Qeyd edək ki, Antonio Kontenin “Napoli” komandası ilə 2027-ci ilin iyun ayınadək müqaviləsi var. Klub prezidenti Aurelio De Laurentis isə mütəxəssisin millidə işləmək istəyi olacağı halda, onun gedişinə mane olmayacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 08 Aprel 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















