Icma.az
close
up
RU
Antonio Quterreş dünya liderlərinə xəbərdarlıq edib

Antonio Quterreş dünya liderlərinə xəbərdarlıq edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş Birləşmiş təşkilatın yüksəksəviyyəli həftəsi ərəfəsində dünya liderlərinə sərt çağırış edib. O xəbərdarlıq edib ki, müharibə, iqlim dəyişikliyi, qeyri-bərabərlik və texnoloji riskdən ibarət “qlobal böhran” təcili, əlaqələndirilmiş tədbirlər tələb edir.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, A.Quterreş BMT-nin Qlobal Kommunikasiyalar üzrə rəhbəri Melissa Fleminqlə müsahibəsində bildirib: “Biz qlobal böhranla üz-üzəyik. Geosiyasi bölünmələrin onları effektiv həll etməyə imkan vermədiyi kontekstdə münaqişələr çoxalır. Cəzasızlıq hissi var - hər bir ölkə istədiyini edə biləcəyinə inanır. Digər tərəfdən, biz inkişaf etməkdə olan ölkələrin böyük çətinliklərlə üzləşdiyini görürük. Onların bir çoxu iqtisadiyyatlarını bərpa etmək üçün tələb etdikləri güzəştli maliyyə imkanları olmadan borc içində boğulur. Bərabərsizlik artır”.

Baş katib vurğulayıb ki, qlobal əməkdaşlıq mütləqdir. O, BMT-nin qlobal əməkdaşlığı səfərbər etməyə çalışdığı çoxsaylı cəbhələri vurğulayıb: “İqlim dəyişikliyi hələ nəzarət altında deyil. Bizim əsas məqsədimiz olan qlobal istiləşməni 1,5° Selsidən aşağı saxlamaq hədəfinin çox çətin olacağına dair bir neçə siqnalımız var. A.Quterreş İqlim Dəyişikliyi üzrə 2015-ci il Paris Sazişinə əsasən razılaşdırılmış həddi nəzərdə tutaraq bildirib ki, qlobal səylər gözlənilən nəticəni vermir.

O, həmçinin vəd edib ki, süni intellekt kimi qabaqcıl texnologiya qütbləşməni və nifrət ritorikasını gücləndirə bilər, buna görə də idarəetmə “insan iradəsinin qorunub saxlanmasını və onların yaxşılıq üçün gücə çevrilməsini” təmin etməlidir.

A.Quterreş bildirib ki, gələn həftə keçiriləcək Assambleya əsas sahələr - karbon emissiyalarının azaldılması, beynəlxalq maliyyə islahatları və çoxtərəfliliyin gücləndirilməsi üzrə öhdəliklər götürməlidir. O əlavə edib ki, dünya liderləri daha böyük ədalət və bərabərlik üçün beynəlxalq maliyyə arxitekturasında islahatları qəbul etməlidirlər.

Baş katib vurğulayıb ki, onun təcili tədbirlər vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə aparmaq öhdəliyi sarsılmazdır. O deyib: “Hər bir üzv dövlət öz yeni iqlim planını təqdim etməlidir, bu, emissiyaların dramatik şəkildə azaldılmasına səbəb olacaq, həmçinin bütün dünyada insanlar üçün böyük nisbətdə fəlakətlə nəticələnəcək geridönməzliyin qarşısını almağa şərait yaradacaq. O, ən həssas ölkələrin, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin və Afrikanın qeyri-mütənasib risklərlə üzləşdiyini qeyd edib.

A.Quterreş özünün ümidsizliyə qapılması ilə bağlı suala cavabında bildirib: “Mən nə optimist, nə də pessimist deyiləm, qərarlıyam. Biz ümid yaratmalıyıq və məqsədlərə çatana qədər heç vaxt təslim olmamalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri