Icma.az
close
up
RU
Aparıcı efirdəki ekspertlərlə bağlı ŞOK SİRRİN ÜSTÜNÜ AÇDI 60 faizi bunu edir...

Aparıcı efirdəki ekspertlərlə bağlı ŞOK SİRRİN ÜSTÜNÜ AÇDI 60 faizi bunu edir...

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Televiziyalarda, xüsusən sosial verilişlərdə aparılan müzakirələr zaman-zaman tamaşaçıların qınağına səbəb olur. Elə bir neçə gün öncə “Günə bu gün” verilişində aparılan müzakirə kimi...

Verilişə qonaq qismində qatılan tanınmış həkim Mirəzim Zaidov kişilərin xəyanət etməsinə haqq qazandıraraq qadınların günahkar olduğunu, onlardan qoxu gəldiyi üçün ərlərini özlərindən uzaqlaşdırdıqlarını iddia etmişdi. Bu fikirlərin ardınca deyilən sözlər isə cəmiyyətdə qınağa səbəb olmuşdu.

Bəs belə müzakirələrin efirlərdən izləyicilərə ötürülməsi, həm də bu cür qabarıq və mədəni olmayan bir tərzdə irəli sürülməsi nə dərəcədə doğrudur?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı Amil Xəlil sözügedən məsələni belə şərh edib:

“Mövzu efirdirsə, qınaq birbaşa televiziyaya gəlir. Sosial mediada “bizim kanallar, bizim verilişlər” başlıqlı paylaşımlar olacaq. Gəlin, biz mövzuya başqa aspektdən yanaşaq. Araşdırıb öyrəndiklərimə əsasən, sovet dövründə bu tip məlumatları məktəblərdə keçirdilər. Əksər təhsil müəssisələrində ailə dəyərləri necə olmalıdır, xanım ərinə, əri xanıma necə davranmalıdır və s. Çox təəssüf ki, indi bunların heç biri yoxdur. Nə də biz görməmişik. Əslində, bu mövzu olmalıdır. Pis tərəfinə baxmağa öyrənmişik, bir az da müsbət tərəfinə fokuslanaq. Elə ailələr, xanımlar varsa, artıq özünə baxmağa, bu məsələyə diqqət etməyə başlayacaq. İkinci məsələyə gəldikdə isə belə mövzuların daha mədəni formada tamaşaçıya ötürülməsi yaxşı olar. Hansısa formada deyilməsi qıcıq yarada bilər, amma səliqəli bir tərzdə müzakirə etmək olar ki, xanımlar özünə baxmalıdır”.

Aparıcı sözügedən fikirlə razılaşmadığını da bildirib:

“Xəyanət məsələsinə gəldikdə isə o qədər məmurlar var ki, vəzifədədir, ancaq iki, üçüncü "arvadları" var. Üçüncülər də elə sənət adamları, müğənnilərdən olur. Sual olunur ki, niyə bəzi müğənnilər efirə bir qarış geyimdə çıxır? Səsi ilə tanınmaq istəyən normal libasda oxuyar. Bilirlər ki, yaşlı nəslin nümayəndələri onları izləyir. Ancaq onlar bunu da bilir ki, həmişə onları "ovlamaq" istəyən məmur var. Deyilirsə ki, kişilər xanımından iy gəlir deyə, əri ona xəyanət edir, bu fikir çox absurddur. Vəzifəli məmurların necə lazımdır imkanları var. Xanımları da özlərinə fikir verirlər. Xəyanət edən şəxs üçün fərqi yoxdur. Məncə, bu problem düzgün şəkildə efirlərdə müzakirə edilərsə, faydalı olar.

Efirdə xəyanətdən danışıb qınayan ekspertlərin özü bu məsələnin pik nöqtəsindədir. Onların 60 faizi xəyanətin lap betərin edirlər. Ailələrin dağılmasına da önəm vermirlər. Lakin efirdə ailə dəyərlərindən söz açırlar. Mediasiya xidmətində 3-4 dəfə ailəsi dağılan şəxsləri işə alıb deyirlər ki, boşanmaq istəyən cütlüklərə məsləhət versin. Biz bu cəmiyyətdə yaşayırıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://publika.az
archiveBu xəbər 20 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri