Aparıcının səsləndirdiyi fikirlərlə bağlı qanun çərçivəsində tədbir görüləcək
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun efirdə səsləndirdiyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb.
N. Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib.
Məsələ ilə bağlı Audiovizual Şura açıqlama yayıb:
“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq. Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir”, - deyə məlumatda qeyd olunub.
Daha sonra aparıcı baş verən qalmaqala görə sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib: “Fikirlərimin şəhid qızları ilə əlaqəsi yoxdur. Allah mənə övlad nəsib edərsə, istəyərəm ki, ocağıma şəhid qızımız nəsib olsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 31 Mart 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















