Apellyasiya Arbitraj Tribunalı İmişli klubunun şikayətini təmin etməyib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
Apellyasiya Arbitraj Tribunalı "İmişli" klubuna verilmiş texniki məğlubiyyətlə bağlı qərarını açıqlayıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.
Misli Premyer Liqasında IV turun “Sumqayıt”la görüşünün 67-ci dəqiqəsində Aran komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi və 5000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
Bildirilib ki, Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 31 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















