Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 sentyabr, AZƏRTAC
Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu İqor Ribeyro ilə bağlı apellyasiya şikayətinə baxılıb.
Misli Premyer Liqasının III turunun “Turan Tovuz” oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılan futbolçu, eləcə də klubun 3000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
Tərəflərə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.
Bu mövzuda digər xəbərlər:Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin şikayətini təmin edib
22 Aprel 2025 18:56
Apellyasiya Arbitraj Tribunalı İmişli klubunun şikayətini təmin etməyib
31 Oktyabr 2025 18:14
Apellyasiya Arbitraj Tribunalı Karvanın şikayətini təmin etmədi
11 Dekabr 2024 17:35
Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt”ın şikayətini təmin etməyib AZƏRTAC
24 Dekabr 2024 19:53
Baxış sayı:117
Bu xəbər 17 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















