APL in intizamsız futbolçuları onun qədər “sarı” alan yoxdur
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün sonuna bir tur qalıb.
Futbolpress.az-ın məlumatına görə, “futbol ili”nin ən intizamsız futbolçusu “Araz-Naxçıvan”dan Vandersondur. Braziliyalı dayaq yarımmüdafiəçisi çempionatda 32 oyunda 11 sarı, 1 qırmızı vərəqə alıb.
İkinci pillədə “Şamaxı”nın futbolçusu Brahim Konate yer alır. Yeni mövsümdən “Zirə”də çıxış edəcək yarımmüdafiəçi 29 oyunda 10 sarı, 1 qırmızı vərəqə ilə cəzalanıb. “Üçlüy”ü yenə “Araz-Naxçıvan”dan bir oyunçu tamamlayır. Mərkəz müdafiəçisi İqor Ribeyro 32 görüşdə 8 dəfə, 1 dəfə qırmızı vərəqə alıb.
Maraqlıdır ki, yerli oyunçular arasında qayda pozuntularına görə cəzalanan Elvin Camalov sıralamada 7-ci pillədə qərarlaşıb. Mövsümün birinci yarısını “Sabah”da, ikincini isə “Neftçi”də keçirən dayaq yarımmüdafiəçisi ümumilikdə 25 oyunda 6 dəfə “sarı” ilə cəzalanıb. İlk “altılıq”da isə ən çox futbolçusu olan komanda “Araz-Naxçıvan”dır. Bürünc medalları qazanan Elmar Baxşıyevin yetirmələrindən Vanderson, Ribeyro və Felipe Santos ən çox “saralanlar”dandır. Santosun aktivində isə 32 oyunda 7 sarı vərəqə var.
Şahin Cəfərov


