Braziliyada futbolçuları qəzəbləndirən ŞOK QADAĞA: sarı vərəqə veriləcək
Lent az saytına istinadən Icma.az xəbər verir.
Braziliyada iki ayağı ilə topun üzərində dayanan futbolçuları cəzalandırmaq təklif olunub.
Lent.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) qərarını oyunçuların zədələnmə riski və rəqiblərin təxribatı ilə izah edir.
Futbol rəsmilərinin bu qərarı Braziliya çempionatının ulduzlarını qəzəbləndirib.
Bundan əvvəl CBF Braziliya milli liqasının bütün klublarını məlumatlandırmışdı ki, futbolçular buna görə sarı vərəqə alacaq, rəqib komanda isə cərimə zərbəsi hüququna malik olacaq:
"Hər iki ayaqla topun üzərində dayanmaq zədə riskini artırmaqla yanaşı, oyunun gedişatında müəyyən pozuntular da yaradır. Bu cür hərəkət həm də rəqibə qarşı təxribat və oyuna hörmətsizlik kimi qiymətləndirilir".
Funksionerlərin qərarı hazırda “Santos” komandasının kapitanı olan məşhur hücumçu Neymarı sevindirməyib.
“Futbol getdikcə darıxdırıcı olur”, deyə Neymar bildirib.
Hollandiya millisinin və "Korintians" klubunun liderlərindən biri Memfis Depay da CBF-nin qərarı ilə razılaşmadığını bildirib.
O, yerli federasiyaya xüsusi mesaj göndərib.
“Gözəl oyun yaşamaq üçün Braziliyada oynayıram, lakin Braziliya konfederasiyası heç bir oyunçunun topun üzərində dayana bilməyəcəyini və ya sarı vərəqə alacağını açıqladı. Buna son “Campeonato Paulista” finalında topun üzərində bir neçə saniyə tarazlığı saxladıqdan sonra qərar verildi. Mən burada problem görmürəm. Braziliya futbolu yüksəlir və dünya şöhrətinə layiqdir. Burada o qədər istedad var ki, meydanda özünü ifadə etməkdə sevinc və ehtiras məhdud olmamalıdır”.
Baxış sayı:84
Bu xəbər 08 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















