Icma.az
close
up
RU
Apple dən ən böyük iPhone ekranı

Apple dən ən böyük iPhone ekranı

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Apple-ın 2027-ci ildə təqdim etməsi gözlənilən və şirkətin 20 illik yubileyinə həsr olunacağı deyilən iPhone seriyası ilə bağlı yeni iddia ortaya çıxıb.

Modern.az xəbər verir ki, şirkət tarixinin ən böyük ekranına sahib iPhone modelini sınaqdan keçirir. Çinin məşhur sızdırma mənbələrindən biri olan Digital Chat Station bildirib ki, Apple hazırda təxminən 6,96 düymlük ekranı test edir. Şirkətin bu ölçünü marketinq məqsədilə 7 düym kimi təqdim edə biləcəyi iddia olunur. Müqayisə üçün qeyd edək ki, hazırkı iPhone 17 Pro Max modelinin ekranı 6,86 düym təşkil edir. Bu isə yeni modeldə ekranın diaqonal ölçüsünün təxminən 2 % artacağı mənasına gəlir. Fərq böyük görünməsə də, gündəlik istifadə zamanı daha geniş görüntü sahəsi təqdim edə bilər.

Hazırda Apple-ın bu ekran ölçüsünü yekun təsdiqləyib-təsdiqləmədiyi məlum deyil. Buna görə də layihənin son mərhələdə dəyişdirilməsi ehtimalı qalır. Bundan əvvəl yayılan digər məlumatlarda da 2027-ci il iPhone modellərinin dörd tərəfdən əyri ekran dizaynına və indiyədək ən böyük dizayn yeniliklərindən birinə sahib olacağı iddia edilmişdi.

Qeyd edək ki, Apple sonuncu dəfə iPhone ekran ölçüsünü 2024-cü ildə artırmışdı. Həmin vaxt iPhone 16 Pro Max modeli 6,7 düymdən 6,9 düymə, iPhone 16 Pro isə 6,1 düymdən 6,3 düymə yüksəldilmişdi. Digital Chat Station daha əvvəl də Apple məhsulları ilə bağlı bir sıra doğru proqnozları ilə tanınıb. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb və şayiə kimi qiymətləndirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 İyul 2026 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri