“Apple” tarix yazmağa hazırlaşır Ən böyük ekranlı “iPhone” gəlir
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Apple"ın "iPhone"un 20 illiyi münasibətilə təqdim etməyə hazırlaşdığı xüsusi model barədə yeni detallar ortaya çıxıb. İddialara görə, şirkət indiyədək ən böyük ekranlı iPhone modellərindən birini təqdim edə bilər.
"Yeni Sabah" xəbər verir ki, gələn il "iPhone"un 20 illiyi qeyd olunacaq. Məlumata görə, Apple bu münasibətlə Pro seriyasında ciddi dizayn dəyişiklikləri edəcək və yeni modelləri "iPhone 20" adı ilə təqdim edəcək.
Bildirilir ki, etibarlı sızıntı mənbələrindən olan Digital Chat Station şirkətin iPhone 20 Pro Max modeli üçün 6,96 düymlük ekranı sınaqdan keçirdiyini açıqlayıb. Bu ekran hazırkı iPhone 17 Pro Max-dan bir qədər böyük olsa da, telefonun istifadə rahatlığını qorumaq üçün eyni ekran nisbəti saxlanılacaq. Sezar pizza
İddialara əsasən, yeni model kənardan-kənara uzanan dördtərəfli əyri ekran və fiziki düymələrlə təchiz olunacaq.
Bundan əlavə, iPhone 20 seriyasında ekranaltı Face ID texnologiyasının tətbiq ediləcəyi, yan hissələrdə isə təkmilləşdirilmiş Ceramic Shield qoruyucu örtüyün istifadə olunacağı bildirilir.
Sızıntılarda həmçinin qeyd olunur ki, 20 illik yubileyə həsr edilən modellər 6000 mAh tutumlu batareya və tərs simsiz enerji doldurma funksiyası ilə satışa çıxarıla bilər. Bununla bağlı Apple hələlik rəsmi açıqlama verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 23 İyul 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















