Apple iPhone 16 satışı üçün İndoneziyaya 10 milyon dollar təklif etdi
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
"Apple" korporasiyası İndoneziya hakimiyyətinə ölkədə "iPhone 16" satışına qoyulan qadağanı aradan qaldırmaq üçün pul təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edilib ki, “Apple”ın vəsaitlərinin – ən azı 10 milyon dolların, xüsusən Bandunqda “Apple” smartfonları üçün aksesuar və komponentlər istehsal edəcək zavoda yatırılması planlaşdırılır.
Vurğulanıb ki, Amerika korporasiyaları "Google" və "Apple" komponentlərin milli uyğunluq sertifikatının tələblərini yerinə yetirənə qədər ticarət məhdudiyyətləri qalacaq.
Öz növbəsində İndoneziyanın sənaye naziri Agus Qumivanq Kartasasmita bildirib ki, "Apple" ölkədə “iPhone 16” satmaq üçün 15,3 milyon dollar investisiya öhdəliklərini yerinə yetirməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















