“Apple” şirkəti əsaslı proqram təminatı yeniləməsinə hazırlaşır
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple” şirkəti əsaslı proqram təminatı yeniləməsinə hazırlaşır.
Banco.az xəbər verir ki, “Bloomberg News”in məsələyə yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, “Apple” bu ilin sonlarında satışa çıxaracağı son 12 ilin ən böyük və əhatəli proqram təminatı yeniləməsinə hazırlaşır.
Sözügedən yeniləmə iPhone, iPad və Mac-in əməliyyat sistemlərinin görünüşünü və interfeysini dəyişəcək.
Vision Pro-nun proqram təminatına əsaslanan bu yeniləmənin simvollar, menyular, tətbiqlər, pəncərələr və sistem düymələri üçün yeni bir tərz yeniləməsi təqdim edəcəyi bildirilir.
Mümkün proqram təminatı yeniləməsi iPhone istehsalçısının cihazlarının cazibədarlığını artırmaq məqsədilə süni intellekt xüsusiyyətlərinə sahib yeni iPad Air və MacBook Air modellərini təqdim etməsindən bir həftə sonra gündəmə gəlib.
“Apple” bu addım çərçivəsində istifadəçilərin cihazlarında naviqasiya və idarəetmə üsulunu sadələşdirməyi planlaşdırır.
Şirkət yeni proqram təminatını iyun ayında keçiriləcək Ümumdünya İnkişaf etdiricilər Konfransı (WWDC) təqdim etməyi planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 11 Mart 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















