“Apple” şirkəti cərimələndi
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın antiinhisar tənzimləyicisi iOS və iPadOS əməliyyat sistemlərində mobil tətbiqlərin yayılmasında dominant mövqeyindən sui-istifadə etdiyinə görə “Apple” şirkətini 150 milyon avro cərimələyib.
Metbuat.az “İnterfaks”a istinadən xəbər verir ki, pozuntular 2021-ci ilin aprelindən 2023-cü ilin iyuluna qədər olan dövrü əhatə edir.
Cərimələrə səbəb istifadəçi fəaliyyətinin izlənilməsini tənzimləyən “App Tracking Transparency” (ATT) mexanizmi olub. Tənzimləyicinin fikrincə, “Apple” ondan üçüncü tərəf proqramlarının işləməsini çətinləşdirən və tərtibatçılara və reklamçılara zərər verən şəkildə istifadə edib.
“Apple”dan bildiriblər ki, belə qərar qəbul olunduğuna görə məyusdurlar, lakin tənzimləyici ATT-də dəyişiklik edilməsini tələb etməyib. Şirkət mexanizmin istifadəçilərə şəxsi məlumatlara nəzarət etməkdə kömək etdiyindən əmindir və cəmiyyətdən dəstək alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 31 Mart 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















