“Apple” yeni büdcəli “iPhone 17e”ni təqdim etdi
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Apple” büdcəli smartfon seriyasında yeni bir model təqdim edib.
Yeniavaz.com xəbər verir ki, “iPhone 17e” əvvəlki “iPhone 16e” ilə eyni dizayna və ekran ölçüsünə malikdir.
Bütün yeniləmələr yeni modelin aparat təminatını və xüsusiyyətlərini əhatə edib. Daha bahalı “iPhone 17” kimi, “iPhone 17e” də təkmilləşdirilmiş “Ceramic Shield 2” cızıqdan qorunma, yeni A19 çipi və “MagSafe” simsiz şarj texnologiyasına malikdir.
“iPhone 17e” 48 meqapiksellik kameraya malikdir və onun RAM-ı “iPhone 16e” ilə müqayisədə ikiqat artırılıb və giriş səviyyəli versiyada 256 GB-a çatıb.
Yeni büdcəli “iPhone”un qiyməti 599 dollardan başlayır. Smartfon üç rəngdə - qara, ağ və çəhrayı - mövcuddur və 11 martdan etibarən satışa çıxarılacaq.
Bu mövzuda digər xəbərlər:iPhone 17e gəlir: Apple nə planlaşdırır?
29 Aprel 2025 20:46
“Apple” “iPhone 16e”ni təqdim etdi
19 Fevral 2025 22:07
Apple şirkəti iPhone 17 ni təqdim etdi
09 Sentyabr 2025 22:44
“Apple” 9 sentyabrda iPhone 17 ni təqdim edəcək
05 Avqust 2025 16:12
iPhone 17e gələcək, yoxsa yox?
01 May 2025 20:38
Baxış sayı:127
Bu xəbər 02 Mart 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















