Icma.az
close
up
RU
iPhone 17e gələcək, yoxsa yox?

iPhone 17e gələcək, yoxsa yox?

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Apple" "iPhone SE" seriyasını dayandıraraq "iPhone 16e" modeli ilə yeni bir dövrün əsasını qoydu və bu uğurdan sonra diqqətlər "iPhone 17e"yə yönəldi. Lakin yeni modelin təqdim olunub-olunmayacağı barədə hələlik qəti qərar verilməyib.

News24.az xəbər verir ki, bu ilin əvvəlində "Apple", təxminən on il mövcud olmuş "iPhone SE" seriyasını təqaüdə göndərdi və yeni "e" seriyasını – daha münasib qiymətli "iPhone 16e" modelini bazara çıxardı. "iPhone 16e", satışlarda böyük uğur qazandı və 2025-ci ilin ilk rübündə "Apple"ın qlobal smartfon bazarında liderliyə yüksəlməsində əsas rol oynayıb.

Lakin görünür, şirkət bu uğurun davamı üçün atacağı növbəti addımlar barədə qərarsızdır. "Bloomberg"in analitiki Mark Qurman "Power On" adlı bülletenində yazır ki, "Apple" hələ "iPhone 17e" modelinin satışa çıxarılıb-çıxarılmayacağına dair yekun qərar verməyib. Qurman bildirir ki, "Samsung" və "Google" kimi rəqiblər hər il bir neçə model təqdim edərək münasib qiymətli seqmenti canlı saxlayırlar. Buna görə də "Apple"ın da eyni segmetdə illik yenilənmə dövrünə keçməsi “məntiqli strategiya” ola bilər.

Əvvəlki strategiyalara əsasən, "Apple" iPhone SE modellərini hər 2-3 ildən bir yeniləyirdi. Lakin bu yanaşma, şirkətin münasib qiymətli telefon bazarında daha geniş auditoriyaya çıxışını çətinləşdirirdi. "SE" modelləri çox zaman köhnə texnologiyalarla satışa çıxarılır və rəqiblərlə müqayisədə yenilik baxımından geri qalırdı. "Apple"ın yeni "e" seriyası ilə bu uzunmüddətli dövrü saxlayıb-saxlamayacağı hələ də sual altındadır.

Qərb mənbələri "Apple"ın "iPhone 17e" barədə qərarsız olduğunu bildirsə də, Çin mənşəli mənbələr fərqli məlumatlar təqdim edir. Xüsusilə "Weibo" platformasında yayımlanan məlumatlara görə, "Fixed Focus Digital" adlı sızıntı hesabı "Apple"ın "iPhone 17e" ilə bağlı inkişaf prosesində mühüm mərhələyə çatdığını iddia edir. Bildirilir ki, cihaz artıq sınaq istehsalı mərhələsinə yaxınlaşır. Bu sızıntıya əsasən, "iPhone 17e" 2024-cü il ərzində istehsal prosesinə daxil olacaq və 2026-cı ilin may ayında satışa çıxarılacaq. Bu təqvim "iPhone 16" və "iPhone 16e" modellərinin təqdimat ardıcıllığı ilə uyğunluq təşkil edir.

Gözləntilərə görə "iPhone 17e" radikal dəyişikliklər gətirməyəcək. Lakin modelin daha sürətli prosessor, daha parlaq ekran və təkmilləşdirilmiş kamera idarəetməsi kimi kiçik, lakin önəmli yeniliklərlə gələcəyi ehtimal olunur. "Apple" bu model vasitəsilə münasib qiymətli seqmentdəki rəqabət gücünü qorumağı hədəfləyir.

Nəticə etibarilə, "iPhone 16e" modelinin qazandığı böyük maraq, "Apple"ın münasib qiymətli "iPhone" strategiyasının uğurlu olduğunu göstərib. İndi diqqətlər bu uğurun davamlı olub-olmayacağına və "iPhone 17e" modelinin doğrudan da istehsala buraxılıb-buraxılmayacağına yönəlib./hit

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:531
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 May 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri