“Apple” yenidən dünyanın ən dəyərli brendlərinə liderlik edir AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 yanvar, AZƏRTAC
Amerikanın “Apple” korporasiyası artıq ikinci ildir ki, dünyanın ən qiymətli brendi elan olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Brand Finance Global 500” illik tədqiqatında deyilir.
“Apple”ın brend dəyəri bir il ərzində 11 faiz artaraq 574,5 milyard dollara çatıb.
Reytinqdə ikinci yeri yenə 35 faiz (461,1 milyard dollara qədər) artım nümayiş etdirən “Microsoft”, üçüncü yeri “Google” (+24 faiz, 413 milyard dollar), dördüncü yeri “Amazon” (+15 faiz, 356,4 milyard dollar) tutub.
Ən qiymətli markalar onluğuna həmçinin “Samsung” (110,6 milyard dollar), “TikTok” (105,8 milyard dollar), “Facebook” (91,5 milyard dollar), “Nvidia” (87,9 milyard dollar) və Çinin “State Grid Corporation” (85 milyard dollar) daxildir.
“Deutsche Telekom” ümumi reytinqdə 11-ci yeri tutaraq (+16 faiz, 85,3 milyard dollar) Avropanın ən bahalı brendi kimi tanınıb.
“Brand Finance”ın məlumatına görə, dünyanın 500 ən dəyərli brendinin ümumi dəyəri son bir ildə 10 faiz artaraq 9,5 trilyon dollara yaxın olub.
“Brand Finance”ın doqquzuncu illik araşdırması 41 ölkədən və 31 sənaye sektorundan 6 mindən çox brend haqqında məlumatları ehtiva edir. Sorğuda 175 mindən çox respondent iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 Yanvar 2025 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















