“Apple”ın sentyabr təqdimatı yaxınlaşır: Gözlənilən bütün yeni məhsullar
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Apple”ın ənənəvi sentyabr təqdimatına az vaxt qalıb və şirkətin bu il də bir sıra yeni məhsullarını təqdim edəcəyi gözlənilir.
Lent.az xəbər verir ki, sızan məlumatlara görə, tədbirin əsas diqqət mərkəzində “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və ilk qatlanan “iPhone Ultra” olacaq.
Bundan əlavə, “Apple Watch Series 12”, “Apple Watch Ultra 4”, yeni “AirPods”, yenilənmiş “Mac” modelləri, “Apple TV” və “HomePod” cihazlarının da təqdim olunacağı iddia edilir.
Məlumata görə, “Apple” bu dəfə də əsas yenilikləri sentyabr tədbirində nümayiş etdirəcək və yeni cihazların satışına təqdimatdan qısa müddət sonra başlanması gözlənilir.
Bununla belə, təqdim olunacaq məhsulların siyahısı şirkət tərəfindən hələ rəsmi təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Avqust 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















