Apple ın gəliri artıb
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ texnologiya nəhənglərindən biri olan Apple-ın gəliri iyul-sentyabr aylarında illik müqayisədə təxminən 12 faiz artıb.
Apple maliyyə təqvimində dördüncü rüb hesab edilən 26 sentyabr 2026-cı il tarixində bitən üç aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb.
Müvafiq olaraq, şirkətin xalis satışları illik müqayisədə təxminən 12 faiz artımla 114,5 milyard dollara çatıb. Apple-ın xalis satışları ötən ilin eyni dövründə 102,5 milyard dollar olaraq qeydə alınıb.
Şirkətin xalis mənfəəti eyni dövrdə 12 faiz artaraq 30,7 milyard dollar olub. Apple ötən ilin eyni dövründə 27,5 milyard dollar xalis mənfəət əldə etdiyini bildirmişdi.
Şirkətin səhm başına qazancı bu dövrdə 1,85 dollardan 2,10 dollara yüksəlib. Bu dövrdə Apple şirkətinin iPhone və Mac satışlarında artım müşahidə olunub, iPad satışları isə azalıb. İyul-sentyabr aylarında iPhone satışları illik müqayisədə 17,5 faiz artaraq 57,6 milyard dollara çatıb.
Eyni dövrdə Mac satışları 23,7 faiz artaraq 10,8 milyard dollara, iPad satışları isə 10,4 faiz azalaraq 6,2 milyard dollara düşüb. Apple şirkətinin xidmət satışlarından əldə etdiyi gəlir də təxminən 10 faiz artaraq 31,6 milyard dollara çatıb. Şirkətin 2026-cı maliyyə ili üçün xalis satışları 15 faiz artaraq 478,8 milyard dollara, xalis mənfəəti isə 18 faiz artaraq 132,2 milyard dollar olub.
Sözügedən dövrdə iPhone satışları 254,1 milyard dollar, Mac satışları 37,9 milyard dollar və iPad satışları 27,9 milyard dollar təşkil edib. Şirkət 2026-cı maliyyə ilində xidmət satışlarından 123,3 milyard dollar gəlir əldə edib.
Apple şirkətinin baş direktoru Con Ternus sentyabr ayında bitən rüb üçün gəlir rekorduna çatdıqlarını açıqlayıb.
Ternus həmçinin qeyd edib ki, iPhone satışları sentyabr rübü üçün rekord qırıb və xidmət gəlirləri bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 03 Noyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















