Icma.az
close
up
RU
“Aprel döyüşləri bütün dünyaya bir qığılcım kimi yayıldı”

“Aprel döyüşləri bütün dünyaya bir qığılcım kimi yayıldı”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“2016-cı ilin Aprel döyüşlərinə qədər Azərbaycanla Ermənistan arasında belə bir mənzərənin şahidi idik: erməni qalib, erməni Azərbaycan torpaqlarını işğal edib, Azərbaycanın 1 milyon qaçqın və köçkünü var, Qərb dövlətləri Ermənistanı müdafiə edir. Heç bir Qərb dövləti Ermənistanı işğalçı dövlət kimi tanımır və işğal edənlə işğal olunan arasında fərq qoyulmur. İlk nəzərdən hamıya belə gəlirdi ki, 1991-ci ildən sonra 2016-cı ilə qədər hadisələr öz əvvəlki axarı ilə gedir. Yəni Ermənistan qalib, Azərbaycan isə məğlubdur. Ancaq 2016-cı ilin Aprel döyüşləri göstərdi ki, xeyr, Azərbaycan 90-cı illərin əvvəllərinin Azərbaycanı deyil, Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın gücləndirilməsi ilə bağlı mümkün olanlar bugünkü Azərbaycanın dövlət başçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Təsadüfi deyil ki, Aprel döyüşləri bütün dünyaya bir qığılcım kimi yayıldı. Azərbaycan səbr nədir onu bilir, səbrin həddi var. Artıq nə Ali Baş Komandan, nə onun əsgəri, nə də Azərbaycan xalqı erməni işğalı ilə razılaşmır və erməni işğalına son qoymaq üçün yollar axtarır. Təbii ki, 2016-cı ilin Aprel döyüşlərində ilk dəfə olaraq Azərbaycan tərəfi ermənilərin ordusu ilə bağlı təbliğ etdikləri o yalanı ifşa etdi. Guya erməni ordusu məğlubedilməz ordudur, guya erməni ordusuna heç kim qalib gələ bilməz. Lakin Aprel döyüşləri bu mifi aradan qaldırdı”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib.
Deputat vurğulayıb ki, Aprel döyüşləri Azərbaycan xalqının özünə olan inamını artırdı: “Yəni xalq iqtidar ətrafında, dövlət başçısı ətrafında daha sıx birləşərsə, onun nəticəsi olacaq. Bu nəticə o ola bilər ki, Azərbaycan öz torpaqlarını düşməndən geri ala bilər, öz suverenliyini, bütövlüyünü təmin edə bilər. Doğrudan da bu mənada Aprel döyüşləri Azərbaycan xalqının taleyində və tarixində böyük rol oynadı. Hətta dünənə qədər Azərbaycanın uğuruna inanmayan Qərb də əl-ayağa düşdü. Ermənilərin özü də başa düşdülər ki, artıq Azərbaycanla bacarmaq olmaz, Azərbaycan bu gün məğlub dövlət sayılsa da, sabah öz qələbəsini bütün dünyaya göstərəcək. Həqiqətən də 44 günlük Vətən müharibəsi üçün ilk bünövrə 2016-cı ilin Aprel döyüşləri oldu. O zaman Azərbaycan öz torpaqlarının böyük bir hissəsini geri aldı. Torpaq, vətən uğrunda şəhid olan əsgərlərin və zabitlərin davranışları da bir möcüzə idi. Hər bir əsgər, hər bir zabit təki vətənini, torpağını düşmən işğalından azad etsin deyə şəhadət şərbətini içməyə hazır olduğunu göstərdi. Bu mənada illər keçəcək, amma 2016-cı ilin Aprel döyüşləri və bu döyüşlərdə qəhrəmanlığını göstərən insanların şücaəti heç vaxt yaddan çıxmayacaq. Eyni zamanda, Aprel döyüşləri onu da göstərdi ki, Azərbaycana rəhbərlik edən Ali Baş Komandan Azərbaycanı qalib dövlətlər sırasına çıxarmaq üçün mümkün olanları edir”.

A.İsgəndərov dünyanın ən müasir silahlarını almaq üçün Əsrin müqaviləsinin Azərbaycan ordusunun köməyinə çatdığını deyərək əlavə edib ki, artıq Əsrin müqaviləsinin imzalanması ilə Azərbaycan nefti dünya bazarına çıxarıldı və bu neftdən gələn gəlirlə Azərbaycan ən müasir silahlara sahib oldu: “Azərbaycan əsgəri artıq qələbəni əldə etmək, uğur qazanmaq üçün hər işə qadir idi. Ali Baş Komandan öz qətiyyəti, cəsarəti ilə dünyaya nümunə idi. Onun yetişdirdiyi əsgər Ali Baş Komandandan əmr gözləyirdi ki, əsgər, vətəni azad etmək məqamıdır. Doğrudan da Aprel döyüşlərindən başlanan bu mücadilə 2020-ci ilin sentyabrında daha uğurla davam etdirildi və 44 günlük Vətən müharibəsi ilə düşmən darmadağın edildi. 2023-cü ilin antiterror əməliyyatı ilə Azərbaycan öz dövlət suverenliyini bərpa etdi və üçrəngli bayrağı Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanmağa başladı. Bu qələbənin ilk işartıları təbii ki, 2016-cı ilin Aprel döyüşləri ilə bağlıdır”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Aprel 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri