Icma.az
close
up
RU
Aprel döyüşləri Qarabağ Zəfərinin müjdəçisi

Aprel döyüşləri Qarabağ Zəfərinin müjdəçisi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir–dövlətimizin, xalqımızın, ordumuzun gücünü
göstərən qələbədir.

İlham ƏLIYEV,
Azərbaycan Respublikasının Prezidenti

Müzəffər Ordumuzun 2020-ci ilin payızında qazandığı şanlı Zəfər həm siyasi tariximizin, həm də hərbi salnaməmizin son bir neçə əsrdəki ən möhtəşəm uğurudur. Ancaq o da faktdır ki, biz həmin mühüm tarixi nailiyyətə imza atanadək ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Horadiz əməliyyatında da heç kəsin gözləmədiyi nəticələr əldə etmişdik. Düşmən məhz həmin əməliyyatdan sonra – mayın 12-də atəşkəs müqaviləsinin imzalanmasına razı olmuşdu.

2016-cı ilin aprelində Prezident İlham Əliyev də işğalçı Ermənistana və onların havadarlarına göz dağı çəkmişdi. İndi Nikol Paşinyanı 2020-ci il məğlubiyyətində ittiham edən Serj Sarkisyan öz prezidentliyi dövründəki Aprel məğlubiyyəti zamanı sadəcə mat qalmışdı. Çünki havadarları ona deyirdilər ki, biz səninləyik və Ermənistan heç zaman Azərbaycan Ordusuna məğlub olmayacaq. Prezident İlham Əliyev və Azərbaycan Ordusu 2016-cı ilin aprelində sübut etdi ki, heç bir himayədar Ermənistanı məğlubiyyətdən sığortalamaq iqtidarında deyil.

Bu gün Aprel döyüşləri barədə söz açarkən xüsusilə vurğulamalı olduğumuz faktlardan biri də ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratmasıdır. Məhz həmin nizami ordu Ermənistan rəhbərliyinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi təxribatları qətiyyətlə cavablandırılmışdı. İşğalçılar 2016-cı il aprelin 1-dən etibarən müxtəlif ölçülü minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan atəş açmaqla, cəbhə xəttinin müxtəlif istiqamətlərindən yaşayış məntəqələrimizi, infrastruktur obyektlərimizi hədəf seçmiş, dinc əhaliyə ciddi ziyan vurmuşdular. Bu zaman təxribat nəticəsində xeyli sayda dinc sakin həlak olmuş və yaralanmışdır.

Maddi-texniki bazası təkmilləşdirilmiş, arsenalı müasirləşdirilmiş, şəxsi heyətinin peşəkarlığı artırılmış, əsgər və zabitlərin vətənpərvərlik ruhu heç zaman olmayan bir səviyyəyə qaldırılmış Azərbaycan Ordusu quduz düşmənin təxribatlarına qarşı uğurlu əks-hücum əməliyyatı keçirmiş, işğalçılara sarsıdıcı zərbələr endirməklə, minlərlə hektar ərazilərimizi nəzarət altına almış və adını şanlı hərb tariximizə qızıl hərflərlə yazdırmağa müvəffəq olmuşdu. Bu zaman xüsusilə qeyd edək ki, həmin təxribatlar nəticəsində cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra məntəqələr, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdı. Artilleriya atəşləri nəticəsində 2 sakin həlak olmuş, 10 nəfər yaralanmış, müxtəlif yaşayış məntəqələrində 10-dan çox ev dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi. İşğal altında olan Dağlıq Qarabağda və digər ərazilərdə yerləşən Ermənistan hərbi birləşmələrinin fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq və mülki əhalini müdafiə etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilmişdi.

Aprel döyüşlərində iştirak etmiş əsgər və zabitlərimiz sonralar danışırdılar ki, cəbhənin ən gərgin xətti olan Ağdərə – Tərtər – Ağdam və Xocavənd – Füzuli istiqamətlərində yerləşən hərbi birliklər qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı layiqli cavab tədbirləri görmüş və qısa müddətdə erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılmış, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunmuşdu.

O zaman ekspertlər yazırdılar ki, münaqişənin ədalətli həllinə mane olan rəsmi İrəvana beynəlxalq təzyiq gücləndikcə, onlar bu cür təxribatlara əl atırlar. Bildirilir ki, 2014-cü ilin noyabr ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu onlara tutarlı cavab vermişdi. Ancaq düşmənin Aprel təxribatı daha da genişmiqyaslı idi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdi. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayraqları dalğalanır. Bu döyüşlər xalqın və dövlətin heç vaxt işğalla barışmayacağını göstərmişdir və öz ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun bərpa edəcəyik.

Təbii ki, Aprel döyüşləri barədə danışarkən ən tez yada düşən toponimlər “Lələtəpə”yüksəkliyi və Cocuq Mərcanı kəndidir. Müdafiə Nazirliyinin hesabatlarında oxuyuruq ki, Azərbaycan Ordusunun Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etməsi, Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” yüksəkliyinə nəzarəti ələ keçirməsi böyük strateji qələbə kimi qiymətləndirilir. Çünki, “Lələtəpə” yüksəkliyinin düşməndən alınmasından sonra ordumuz yaxın əraziləri, Arazboyu cənub bölgəsini nəzarət altına götürmüş oldu. Mütəxəssislərin fikrincə, ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq, strateji mövqelərə sahib olmuşdu. Nəticədə, təmas xətti dəyişdirilmiş, Azərbaycan Ordusu tam üstünlüyü özündə saxlamaq imkanı qazanmışdır.

Rəsmi materiallarda oxuyuruq ki, Aprel döyüşləri nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 il əvvəlki təhlükəsiz yaşayışa imkan yaratdı. Cocuq Mərcanlı kəndinin bərpasına başlanılması Ermənistanda çox ciddi müzakirə mövzusuna çevrilmişdir. Ermənilər o günlərdə Cocuq Mərcanlıda başlanmış bərpa işlərini geniş müzakirə edərək prezident Serj Sarkisyanı Aprel döyüşləri barədə xalqa yalan məlumat verməkdə ittiham edirdilər. Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin növbəti hədəflərinin Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi olacağını yazır, Azərbaycan əsgərinin tezliklə bu ərazilərə qayıdacağını vurğulayırdılar. İnsafən, yanılmadılar.

Sonda xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il iyulun 6-da – yəni erməni miflərinin darmadağın edilməsi, statusun gorbagor olması, böyük Ermənistan əfsanəsinin tarixin zibilliyinə atılması ilə nəticələnən İkinci Qarabağ müharibəsindən təxminən iki ay yarım əvvəl – Bakıda yerli televiziyalara verdiyi müsahibədə xəbərdarlıq etmişdi ki, heç kəs Aprel döyüşlərini unutmasın. Prezident israrla bildirirdi ki, bilavasitə münaqişənin həll edilməsi üçün yaradılmış Minsk qrupunun fəaliyyəti bu şəkildə davam edərsə, onda bu mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq: “Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

Təəssüf ki, Aprel məğlubiyyəti ermənilərin “yadından çıxdı” və həmin “yaddaşsızlığın” fəsadı onlar üçün çox ağır oldu. Rəsmi İrəvan həmin səhvin ağrılarını hələ yüz illər boyu yaşayacaq.

İttifaq QAÇAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri