Icma.az
close
up
RU
“Aprel döyüşləri qələbəyə inam yaratdı”

“Aprel döyüşləri qələbəyə inam yaratdı”

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“2016-cı ilin Aprel döyüşləri hərbi baxımdan məhdudmiqyaslı əməliyyat kimi qiymətləndirilsə də, onun hərbi, siyasi, diplomatik və psixoloji nəticələri regionun siyasi-təhlükəsizlik arxitekturasında ciddi dönüş yaratdı”.

Bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev “xalqcebhesi.az”-a açıqlamasında bildirib.

O qeyd edib ki, bu 4 gün davam edən hərbi əməliyyatlar 4 il sonra baş verən və 44 Gün davam edən Vətən müharibəsi üçün strateji zəmin rolunu oynadı və Azərbaycan dövlətinin hərbi-siyasi kursunun effektivliyini nümayiş etdirdi:
“Hərbi müstəvidə Aprel döyüşlərinin əhəmiyyəti azad edilmiş ərazilər və əməliyyat nəticələri ilə ölçülür. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu qısa müddətdə mühüm taktiki uğurlar əldə edərək bir sıra strateji əraziləri nəzarətə götürdü. Bu əməliyyatların ən mühüm nəticələrindən biri təxminən 2000 hektara yaxın ərazinin işğaldan azad edilməsi oldu ki, bu da uzun illər dəyişməz qalan təmas xəttində ciddi irəliləyiş demək idi. Azad edilən əsas ərazilər və istiqamətlər – Lələtəpə yüksəkliyi (Cəbrayıl rayonu istiqamətində), Cocuq Mərcanlı ətrafı ərazilər, Talış kəndi ətrafındakı yüksəkliklər (Tərtər rayonu), Suqovuşan istiqamətində yollar və mövqelər, Gülüstan kəndi istiqaməti (Goranboy rayonu), Qazaxlar kəndi istiqamətində mövqelər – strateji nəzarət nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyırdı.
Hərbi-strateji əhəmiyyəti həm də onunla ölçülürdü ki, məsələn, Lələtəpənin azad edilməsi nəticəsində geniş əraziyə vizual və atəş nəzarəti təmin olundu. Talış istiqamətində yüksəkliklərin ələ keçirilməsi düşmənin müdafiə xəttini zəiflətdi. Azad edilən ərazilər yaxın yaşayış məntəqələrinin təhlükəsizliyini artırdı. Bu nəticələr göstərdi ki, Azərbaycan Ordusu yalnız mövqeləri peşəkar şəkildə qorumaqla kifayətlənmir, həm də qısa müddətdə lokal, dəqiq və strateji hücum əməliyyatları ilə ərazi üstünlüyü əldə etmək qabiliyyətinə malikdir. Beləliklə, Aprel döyüşlərində əldə edilən 2000 hektarlıq ərazi üstünlüyü təkcə taktiki nailiyyət deyil, həm də gələcək döyüş əməliyyatların konturlarını müəyyən edən mühüm hərbi-strateji göstərici kimi qiymətləndirilir.Aprel döyüşləri Azərbaycan Ordusunun uzun illər ərzində formalaşdırdığı hərbi potensialın real döyüş şəraitində ilk ciddi sınağı oldu. Buna görə də, Şanlı Aprel döyüşləri hərbi müstəvidə həm də “sınaqdan keçmiş güc modeli” kimi dəyərləndirilir. Belə ki, hərbi əməliyyatlar zamanı strateji yüksəkliklərin azad edilməsi taktiki üstünlük yaratdı, müasir silah sistemlərinin koordinasiyalı tətbiqi effektiv nəticə verdi. Bu baxımdan, Aprel döyüşləri gələcək genişmiqyaslı müharibə üçün taktiki yanaşmaların test edilməsi, komanda-idarəetmə sisteminin yoxlanılması, real döyüş koordinasiyasının formalaşdırılması kimi mühüm funksiyalar yerinə yetirdi. Başqa sözlə, bu əməliyyatlar sonrakı mərhələdə tətbiq ediləcək hərbi strategiyanın praktiki “sınaq laboratoriyası” rolunu oynadı”.

Deputat bildirib ki, siyasi müstəvidə də Aprel döyüşlərinin əhəmiyyəti olduqca böyükdür: “Aprel döyüşlərinə qədər regionda mövcud vəziyyət uzun müddət “dondurulmuş münaqişə” kimi təqdim olunurdu və Azərbaycanı bu nəticəni qəbul etməyə məcbur etmək taktikası həyata keçirilirdi. Lakin Aprel döyüşləri işğal altındakı ərazilərin dəyişməzliyi mifini sarsıtdı, qarşı tərəfin hərbi üstünlüyü ilə bağlı təsəvvürləri alt-üst etdi. Ən mühümü yeni siyasi reallıq formalaşdırdı: status-kvo dəyişdirilə bilər. Nəticə etibarilə, münaqişə yenidən aktiv fazaya keçdi və hərbi-siyasi balans Azərbaycanın xeyrinə dəyişməyə başladı. Daxili müstəvidə isə dövlət və cəmiyyət arasında birliyin daha da möhkəmlənməsinə əlavə stimul verildi, milli həmrəyliyimiz daha da gücləndi. Başqa sözlə, qələbəyə inam real hərbi və siyasi faktora çevrildi. İlham Əliyev-in ətrafında sıx birləşməklə, Xalq-Ordu-Ali Baş Komandan vəhdətinin qələbənin əsas mənbəyi və hərəkəverici qüvvəsi olması aksioması cəmiyyətin özünəinamını daha da artırdı.
Aprel döyüşləri diplomatik müstəvidə və ümumilikdə beynəlxalq səviyyədə də ciddi mesaj xarakteri daşıdı. Uzun illər davam edən, lakin nəticəsiz qalan danışıqlar fonunda Azərbaycan ilk dəfə olaraq açıq şəkildə sübut etdi ki, münaqişənin həllində hərbi yol real və tətbiq oluna bilən variantdır.
Bu xüsusilə ATƏT Minsk qrupu çərçivəsində aparılan danışıqlara təsir etdi, passiv vasitəçilik yanaşmasının tənqidi daha sistemli hal aldı. Beynəlxalq hüquq pozulmaqla yaradılmış status-kvonun saxlanmasının mümkün olmadığı nümayiş etdirildi.

Rizvan Nəbiyev bildirib ki, Aprel döyüşlərindən sonra Azərbaycan diplomatiyası beynəlxalq platformalarda daha fəal mövqe nümayiş etdirməyə başladı, informasiya müharibəsində üstünlüyünü artırdı: “Bu isə gələcək hərbi əməliyyatlar üçün siyasi və hüquqi zəminin formalaşmasına xidmət edirdi. Beləliklə, “güc amili” ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı beynəlxalq müzakirələrdə real və legitim alət kimi qəbul olunmağa başladı.
Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də cəmiyyət daxilində yaranan psixoloji dönüş idi. Bu hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti genişmiqyaslı səfərbərliyə və səngərlərdə mübarizəyə hazırdır. Bu mərhələdə gənclər arasında könüllü hərbi iştirak meyli artdı, ordunun və dövlətin qələbəni təmin etməsinə inam daha da gücləndi. Bu qələbənin Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən reallaşdırılmasının yaxın gələcəyin missiyası olması əminliyi tam bərqərar oldu.
“Hərbi yolla işğala son qoymaq”, “Qələbə mümkündür” düşüncəsi tam şəkildə formalaşdı. Məhz bu psixoloji fundament 2020-ci ildə baş verən müharibə zamanı milli birliyin və səfərbərliyin əsas dayaqlarından birinə çevrildi.

Rizvan Nəbiyev əlavə edib ki, strateji nəticə ondan ibarət oldu ki, Aprel döyüşləri ardıcıl strategiyanın tərkib hissəsinə çevrildi. Sonrakı dövrdə baş verən proseslər – Naxçıvan istiqamətində Günnüt əməliyyatı və 2020-ci il Tovuz hadisələri – bu xəttin davamı kimi çıxış etdi:
“2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş hərbi əməliyyatlar tariximizə Günnüt əməliyyatı kimi daxil olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Döyüşlər nəticəsində ümumi olaraq 11 min hektarlıq ərazi azad edildi. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan–Yeğeqnadzor–Gorus–Laçın–Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi”.

Sonda deputat vurğulayıb ki, bütün bu faktorların vəhdəti nəticəsində Aprel döyüşləri hərbi hazırlığın real sınağı, siyasi iradənin möhkəmlənməsi, diplomatik zəminin formalaşması və cəmiyyətin psixoloji hazırlığı kimi mühüm elementləri bir araya gətirərək 2020-ci ildə tammiqyaslı müharibəyə keçidi mümkün etdi: “Aprel döyüşləri Azərbaycanın sonrakı strateji qələbəsinin – Vətən müharibəsindəki qələbənin – ilkin mərhələsi və konseptual başlanğıcı kimi tarixə düşmüşdür”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Aprel 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri