Icma.az
close
up
RU
Aprel döyüşləri Şuşaya gedən yolun ilk böyük addımı idi

Aprel döyüşləri Şuşaya gedən yolun ilk böyük addımı idi

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"2016-cı ilin Aprel döyüşləri Azərbaycanın müasir dövlətçilik və hərb tarixində sadəcə lokal bir hərbi uğur deyil, milli strateji təfəkkürün yenilənməsi nöqtəsi – "geopolitik qırılma" anı idi. Bu döyüşlər 22 illik atəşkəs dövrünün yaratdığı psixoloji və hərbi statikanı dağıdaraq, Azərbaycanın hərbi-strateji kursunu kökündən dəyişdi və müdafiə doktrinasından aktiv hücum doktrinasına keçidi şərtləndirdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi.

Onun fikrincə, hərbi nöqteyi-nəzərdən Aprel döyüşləri müasir müharibənin taleyini kəmiyyət deyil, texnoloji üstünlük və yüksək dəqiqlikli silahların həll etdiyini sübut etdi:

"Bu, sonrakı illərdə Azərbaycanın müdafiə sənayesi satınalmalarında İsrail və Türkiyə ilə strateji tərəfdaşlığının dərinləşməsinə, ordunun tam rəqəmsallaşmış və mobil hərb modelinə keçməsinə rəvac verdi. Ermənistanın illər boyu qurduğu "keçilməz müdafiə xətti" mifinin cəmi bir neçə saat ərzində darmadağın edilməsi Azərbaycan əsgərində və cəmiyyətində sarsılmaz bir özünəinam yaratdı".

Müsahibimiz əlavə etdi ki, Aprel döyüşlərinin ən mühüm nəticəsi "Böyük Qayıdış" konsepsiyasının nəzəriyyədən praktikaya keçməsi oldu:

"Cocuq Mərcanlının bərpası bu prosesin mənəvi simvoluna çevrilərək, bütün dünyaya Azərbaycanın öz torpaqlarından əsla vaz keçməyəcəyini nümayiş etdirdi. Bu qələbə həm də beynəlxalq vasitəçilərə və dünya birliyinə ünvanlanmış kəskin bir mesaj idi: münaqişə dondurulmayıb və Azərbaycan status-kvo ilə barışmayacaq. Strateji baxımdan Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsi 2020-ci ilin Vətən müharibəsi üçün hərbi-coğrafi baza rolunu oynadı. On il sonra bu hadisələrə nəzər salarkən aydın görünür ki, Aprel döyüşləri Azərbaycanın "Dəmir yumruq" strategiyasının ilk uğurlu sınağı və Şuşaya gedən yolun ilk böyük addımı idi. Bu zəfər xalqın ordusuna inamını dövlət siyasətinin əsas sütununa çevirdi və Azərbaycanın regional güc mərkəzi statusunu qəti şəkildə möhkəmləndirdi".

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Aprel 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri