Icma.az
close
up
RU
Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı idi

Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı idi

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi  Zəfərə gedən yolun başlanğıcı  kimi dəyərləndirilən  Aprel döyüşlərindən 10 il keçir. 2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrində, döyüş bölgəsində yerləşmək məqsədilə təxribatlar törətdilər. Bu məqsədlə Ermənistan silahlı qüvvələrinin birləşmələri mövqelərimizi, keçmiş təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini atəşə tutdular. Təxribatın qarşısını alan Silahlı Qüvvələrimiz düşmənə ağır zərbələr endirdilər. Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşləri tariximizə şanlı  Zəfər salnaməsi kimi yazıldı. Əks-hücum əməliyyatı ilə düşmən ağır məğlubiyyətə uğradılaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi, xalqımız qələbə sevinci yaşadı.
Bu qələbə bir daha Azərbaycan Ordusunun gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Ermənilərin illərdir yaratdıqları “güclü Ermənistan ordusu” mifi darmadağın edildi. Dünya bir daha bu reallığa şahid oldu ki, Azərbaycan işğal olunmuş ərazilərini hərbi yolla azad etmək qüdrətindədir. Halbuki işğalçı Ermənistanın rəhbərliyi daim belə sərsəm fikirlər səsləndirirdi ki, əgər hərb yolu seçilərsə, məğlubiyyətə uğrayan Azərbaycan Ordusu olacaq. Tarixi Zəfərimizə qədər Silahlı Qüvvələrimiz dəfələrlə gücünü, qüdrətini nümayiş etdirib. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir. 10 il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün böyük döyüş təcrübəsi oldu. Aprel döyüşləri, həmçinin Böyük Qayıdış prosesinin başlanğıcı oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Düşməndən azad olunan bu kənddə quruculuq, abadlıq işlərinə başlanıldı. 23 il doğma yurd həsrətində olan sakinlərin evlərinə qayıtması güclü, qüdrətli Azərbaycanın Ordusunun işğal altında qalan digər torpaqlarımızı da azad edəcəyinə ümidləri artırdı.
Vüqar Rəhimzadə diqqəti 30 ilik işğal dövrünün reallıqlarına yönəldərək vurğulayıb ki, Azərbaycan hər zaman məsələnin sülh danışıqları əsasında nizamlanmasına səy göstərdi. Bununla bərabər ən yüksək tribunalardan bu çağırışı da etdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə  hərb yolunun seçiləcəyi  şəksizdir. Bu inam və əminlik Azərbaycan Ordusunun gücünə, qüdrətinə söykənirdi. Dövlətimizin siyasətində ordu quruculucu prioritet məsələ kimi öndə dayanır. Ümummilli Lider Heydər Əliyevin “Sülh danışıqlarını cəsrətlə aparmal üçün güclü ordun olmalıdır” çağırışı bütün dövrlərdə öz aktuallığını qoruyur. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atıdığı addımlar sırasında hərbi kadrların yetişdirilməsinə xüsusi diqqət göstərmişdir. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması bunun bariz nümunəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ulu Öndərin bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqətdə oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmizin iqtisadi imkanlarının artması ordunun maddi-texniki bazasının möhkəmləndirilməsində özünün aydın ifadəsini tapdı. Son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin ordumuzun gücünün, qüdrətinin artırılması istiqamətində həyata keçiridyi tədbirlər Azərbaycan Silahlı Qüvvələrini dünyanın güclü orduları sırasına yüksəltdi. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atıb  30 ilin torpaq həsrətinə son qoyulsa da  yeni reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərdə ordumuzun daha da gücləndirilməsinə çağırış diqqətdən kənarda qala bilməz. Hətta nəzər salsaq görərik ki, son illərdə dövlət bücdəsindən ayırmalarda hərbi xərclər azad edilmiş ərazilərimizin bərpasına yönəldilən xərclərdən artıqdır.
Millət vəkili bu mühüm məqamı da xüsusi qeyd edib ki,  2016-cı ilin uğurlu Aprel döyüşlərindən ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Məhz Aprel döyüşlərində qazanılan təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü ilin noyabrında Zəfər Günündə  Xankəndidə keçirilən Zəfər paradı Azərbaycanın gücünün və ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev suverenliyimizin bərpasından  sonra yeni dövrə qədəm qoyan Azərbaycanın həyatında mühüm hadisə olan 2024-cü ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra  andiçmə mərasimində ordumuzun  bu günü və gələcəyi ilə bağlı mühüm çağırışlar səsləndirmişdir. “Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir” söyləyən Prezident İlham Əliyev bildirmişdir ki, bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir: “Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz… Ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır”.
Vüqar Rəhimzadə vurğulayıb ki, 10 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Azərbaycan 2023-cü ilin sentyabrında  suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoydu. Yeni dövrün əsas hədəflərindən biri təbii ki, bərpa-quruculuq işlərinin miqyasını daha da genişləndirmək, soydaşlarımızın qayıdış ünvanlarının sayını artırmaqdır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, artıq 9 şəhər- Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı, Xankəndi və Xocavənd sakinlərinə qovuşub. Azad Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Aprel 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri