Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Aprel döyüşləri Vətən müharibəsindəki Qələbənin konseptual başlanğıcı kimi tarixə düşdü ŞƏRH

Aprel döyüşləri Vətən müharibəsindəki Qələbənin konseptual başlanğıcı kimi tarixə düşdü ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

2016-cı ilin Aprel döyüşləri hərbi baxımdan məhdudmiqyaslı əməliyyat kimi qiymətləndirilsə də, onun hərbi, siyasi, diplomatik və psixoloji nəticələri regionun siyasi-təhlükəsizlik arxitekturasında ciddi dönüş yaratdı. Dörd gün davam edən bu hərbi əməliyyatlar 4 il sonra baş verən və 44 gün davam edən Vətən müharibəsi üçün strateji zəmin rolunu oynadı və Azərbaycan dövlətinin hərbi-siyasi kursunun effektivliyini nümayiş etdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

O xatırladıb ki, Aprel döyüşləri zamanı Azərbaycan Ordusu qısa müddətdə mühüm taktiki uğurlar əldə edərək bir sıra strateji əraziləri nəzarətə götürdü. Bu əməliyyatların ən mühüm nəticələrindən biri təxminən 2000 hektara yaxın ərazinin işğaladan azad edilməsi oldu ki, bu da uzun illər dəyişməz qalan təmas xəttində ciddi irəliləyiş demək idi. Azad edilən Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı ətrafı ərazilər, Talış kəndi ətrafındakı yüksəkliklər, Suqovuşan istiqamətində yollar və mövqelər, Gülüstan və Qazaxlar kəndləri istiqamətlərində mövqelər– strateji nəzarət nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyırdı.

“Hərbi-strateji əhəmiyyəti həm də onunla ölçülürdü ki, məsələn, Lələtəpənin azad edilməsi nəticəsində geniş əraziyə vizual və atəş nəzarəti təmin olundu. Talış istiqamətində yüksəkliklərin ələ keçirilməsi düşmənin müdafiə xəttini zəiflətdi. Azad edilən ərazilər yaxın yaşayış məntəqələrinin təhlükəsizliyini artırdı. Beləliklə, Aprel döyüşlərində əldə edilən ərazi üstünlüyü təkcə taktiki nailiyyət deyil, həm də gələcək döyüş əməliyyatların konturlarını müəyyən edən mühüm hərbi-strateji göstərici kimi qiymətləndirilir”, - deyə R.Nəbiyev qeyd edib.

Deputat vurğulayıb ki, Aprel döyüşləri, həmçinin Azərbaycan Ordusunun uzun illər ərzində formalaşdırdığı hərbi potensialın real döyüş şəraitində ilk ciddi sınağı oldu. Buna görə də, Şanlı Aprel döyüşləri hərbi müstəvidə həm də “sınaqdan keçmiş güc modeli” kimi dəyərləndirilir. Bu baxımdan, Aprel döyüşləri gələcək genişmiqyaslı müharibə üçün taktiki yanaşmaların test edilməsi, komanda-idarəetmə sisteminin yoxlanılması, real döyüş koordinasiyasının formalaşdırılması kimi mühüm funksiyaları yerinə yetirdi.

“Aprel döyüşlərinə qədər regiondakı mövcud vəziyyət uzun müddət “dondurulmuş münaqişə” kimi təqdim olunurdu və Azərbaycanı bu nəticəni qəbullandırmağa məcbur etmək taktikası həyata keçirilirdi. Lakin Aprel döyüşləri işğal altındakı ərazilərin dəyişməzliyi mifini sarsıtdı, Ən mühümü yeni siyasi reallıq formalaşdırdı: status-kvo dəyişdirilə bilər. Bu reallıq daxili müstəvidə dövlət və cəmiyyət arasında birliyin daha da möhkəmlənməsinə əlavə stimul verdi, milli həmrəyliyimiz daha da gücləndi. Diplomatik müstəvidə isə ciddi mesaj xarakteri daşıdı. Uzun illər davam edən, lakin nəticəsiz qalan danışıqlar fonunda Azərbaycan ilk dəfə açıq şəkildə sübut etdi ki, münaqişənin həllində hərbi həll yolu real və tətbiq oluna bilən variantdır”, - deyə o diqqətə çatdırıb.

R.Nəbiyev, həmçinin bildirib ki, Aprel döyüşlərindən sonra Azərbaycan diplomatiyası beynəlxalq platformalarda daha fəal mövqe nümayiş etdirməyə başladı, informasiya müharibəsində üstünlüyünü artırdı. Bu isə gələcək hərbi əməliyyatlar üçün siyasi və hüquqi zəminin formalaşdırılmasına xidmət edirdi. Beləliklə, “güc amili” ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı beynəlxalq müzakirələrdə real və legitim alət kimi qəbul olunmağa başladı.

“Aprel döyüşləri ardıcıl strategiyanın tərkib hissəsidir. Sonrakı dövrdə baş verən proseslər bu xəttin davamı kimi çıxış etdi. Bu kontekstdə Aprel döyüşləri hərbi hazırlığın real sınağı, siyasi iradənin möhkəmlənməsi, diplomatik zəminin formalaşması, cəmiyyətin psixoloji hazırlığı kimi faktorları bir araya gətirərək 2020-ci ildə tammiqyaslı müharibəyə keçidi mümkün etdi. Bir sözlə, Aprel döyüşləri Azərbaycanın sonrakı strateji qalibiyyətinin – Vətən müharibəsindəki Qələbənin – ilkin mərhələsi və konseptual başlanğıcı kimi tarixə düşdü”, - deyə deputat əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri