Icma.az
close
up
RU
Vətən müharibəsində Qələbənin hərbi siyasi təntənəsi

Vətən müharibəsində Qələbənin hərbi siyasi təntənəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəfər paradından 5 il keçir

2020-ci il dekabr ayının 10-da Bakının Azadlıq meydanında Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyan Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilmiş Zəfər paradı keçirildi. Öz möhtəşəmliyi ilə seçilən bu parad Azərbaycanın qalib səsini bütün dünyaya bəyan etməklə həm də Azərbaycan xalqının, onun ordusunun böyük qələbəsinin, habelə bu qələbənin təşkilatçısı olan müzəffər Ali Baş Komandan İlham Əliyevin mübariz qətiyyətinin təntənəsinin parlaq ifadəsi oldu.

Zəfər paradı, eyni zamanda, Azərbaycan–Türkiyə qardaşlığının təntənəsinin ifadəsi idi. Çünki Zəfərə aparan yolda Türkiyə hər zaman siyasi-mənəvi dəstəyi ilə Azərbaycanın yanında oldu və ölkəmizi tək buraxmadı. Bunu Zəfər paradındakı nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də xüsusi olaraq qeyd etdi: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan paradın keçirildiyi Azadlıq meydanındakı tribunada yer aldıqdan sonra hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi paradın hazır olması haqqında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verdi. Dövlət başçıları əsgərləri salamladıqdan sonra hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi. Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev parad iştirakçıları qarşısında nitq söylədi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitqinin əvvəlində Vətən müharibəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla xatırlanmasını xahiş etdi. Müharibənin gedişində və onun nəticələrinə həsr olunmuş çıxışlarında, söhbətlərində İlham Əliyev, bir qayda olaraq Vətən müharibəsinin və eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş insanların xatirəsini böyük ehtiramla yad edir, zəfərin əldə edilməsində onların xidmətlərini yüksək qiymətləndirirdi.

Şuşa şəhərinin azad edilməsi xəbərini alandan sonra da İlham Əliyev bu tarixi xəbərin sevincini Azərbaycan xalqının ümummilli lideri Hedər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etməklə bölüşmüşdü. Şəhidlər xiyabanında etdiyi çıxışında İlham Əliyev Vətən şəhidlərinin xatirəsini belə anırdı: “Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”.

Ali Baş Komandan İlham Əliyevin bu paradda söylədiyi nitq həm Ermənistanın Azərbaycana qarşı izlədiyi işğalçılıq siyasətinin tarixi, mahiyyəti, həm münaqişənin nizamlanması ətrafında görülən işlərin nəticələri, həm Azərbaycan dövlətinin bu məsələ ilə bağlı dəyişməz mövqeyi və həm də Vətən müharibəsində Zəfərin əldə edilməsi üçün aparılan mübarizənin nəticələri haqqında Azərbaycan xalqına, dünya azərbaycanlılarına və Azərbaycanın dostlarına ətraflı məlumat təqdim etdi. Bu nitq eyni zamanda dünya ictimaiyyətinə, Azərbaycanın haqq mübarizəsinə göz yuman dünya birliyinə ünvanlanmış bir nitq idi. Prezident İlham Əliyev, eyni zamanda, öz nitqində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən sonra qarşıda dayanan vəzifələr haqqında proqram xarakterli bəyanatlar verdi.

Azərbaycan xalqı, Azərbaycanın dövlət rəhbərliyi cəbhədə atəşkəsin elan edilməsindən sonra uzun müddət münaqişənin dinc və danışıqlar yolu ilə həllinə ümidini kəsmədi. Lakin İlham Əliyevin də qeyd etdiyi kimi bu ümidlər bir nəticə vermədi. Bir tərəfdən dünyanın böyük təşkilatları və dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədiklərini bəyan etsələr də, Ermənistana qarşı ən adi təzyiqlər göstərilmədi. Ermənistan rəhbərliyi isə onun üçün əlverişli olan beynəlxalq mühitdən faydalanmaqla aparılan danışıqlara qarşı məsuliyyət nümayiş etdirmədilər.

Vətən müharibəsinin başlanması ərəfəsində hətta Ermənistanın baş naziri bütün dünyaya “Qarabağ Ermənistandır” mesajını çatdırmaqla, əslində danışıqlara son qoydu. Bundan sonra bütün dünyanın gözü qarşısında Azərbaycanın işğal olunmuş ərazilərinin daha açıq və qeyri-qanuni şəkildə məskunlaşdırılmasına başlandı. Bunlarla da kifayətlənməyən Ermənistan rəhbərliyi Azərbaycana qarşı açıq hərbi təxribatlar həyata keçriməkdən də çəkinmədi. İlham Əliyev öz nitqində bu məqama da toxundu.

Yalnız 2020-ci ildə Ermənistan Azərbaycana qarşı üç genişmiqyaslı təxribat-diversiyaya əl atmışdı: 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu ərazisində yaşayış məntəqələri və müdafiə mövqeləri erməni hücumuna məruz qaldı. Avqust ayında Tərtər istiqamətində Azərbaycanın mövqeləri üzərinə diversiya qrupu göndərildi və nəhayət 2020-ci ilin sentyabr ayında bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələri üzərinə hücumlar başladı.

Bu təxribatlardan əlavə, Ermənistan sürətli silahlanmanı davam etdirirdi. Azərbaycan Prezidenti şübhə etmirdi ki, bununla Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. İlham Əliyev bu barədə BMT-nin Baş Assambleyasının kürsüsündən bəyanat verdiyini də bildirirdi.

Azərbaycan tərəfi Ermənistanın davam edən təcavüzkarlığını yalnız müşahidə etməklə kifayətlənmirdi. Ermənistanın davam edən işğalçılığının qarşısının alınması üçün Azərbaycan rəhbərliyi qətiyyətli bir siyasət izləyirdi və həmin qətiyyəti İlham Əliyevin Zəfər paradındakı nitqində də görmək mümkündür. Onun prezidentliyi dövründə həm beynəlxalq təşkilatların və ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı ətraflı məlumatlandırılması istiqamətində səmərəli işlər görüldü.

Dövlətimizin başçısı bildirirdi ki, işğal altında olan ərazilərin hərbi yolla azad edilməsi variantına hazır olmaq istiqamətində əməli addımlar atılıb: “Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam”.

Nəhayət, belə bir qərar qəbul edildi. 2020-ci il sentyabr ayının 27-də baş verən növbəti erməni hərbi təxribatlarından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu təxribatlara və bütünlükdə davam edən işğala son qoyulması qərarını verdi: “Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi”.

Zəfər paradında etdiyi nitqində İlham Əliyevin bir Ali Baş Komandan kimi qətiyyətini, mübarizliyini, ardıcıllığını görmək mümkündür. Hərb işinin təcrübəsi də göstərir ki, müharibələrin uğurla başa çatdırılmasında ali baş komandanların qətiyyətli təşkilatçılığı xüsusi əhəmiyyət kəsb edir. Dünya təcrübəsində qələbə ilə başa çatmış elə bir müharibə tapmaq olmaz ki, həmin qələbə Ali Baş Komandanın rəhbərliyi olmadan əldə edilmiş olsun. Vətən müharibəsinin nəticələri də bunun təsdiqi ola bilər.

Ölkə rəhbəri qeyd etdi ki: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqının səbri tükənib və əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz onları oradan qovacağıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan! Mən bunu müharibədən əvvəl və müharibə dövründə demişəm, xalqa müraciətlərimdə demişəm, xarici mətbu orqanlara verdiyim müsahibələrdə demişəm. Demişəm ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır, etiraf etməlidir və çıxmalıdır. Əks-təqdirdə sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə biz döyüş meydanında qələbə qazandıq. Ondan sonra, siyasi müstəvidə qələbə qazandıq, düşməni məcbur etdik ki, Kəlbəcər, Laçın və Ağdam rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk etsin. Bu zəfər tarixi zəfərdir”.

Böyük Zəfərin əldə edilməsində İlham Əliyev qətiyyətinin danılmaz rolunu paradda nitq söyləmiş Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan da məmnunluqla etiraf edirdi: “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri, şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək”.

Prezident İlham Əliyevin bu qətiyyəti əslində, Vətən müharibəsinin xarakterini müəyyənləşdirən bir keyfiyyət oldu. Xalq, ordu Azərbaycan Prezidentinin ətrafında birləşərək Vətən müharibəsinə qalxdı və 44 gün ərzində tarixə iz salacaq bir qəhrəmanlıq nümunəsi ortaya qoydu. Düzgün qurulmuş siyasət, aydın hədəflər, yetərli güc və dəstək, bir də İlham Əliyevin Ali Baş Komandan kimi təşkilatçılıq məharəti nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Başlıcası isə İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan əsgərləri və zabitləri böyük şücaət göstərərək şərəfli bir missiyanı yerinə yetirdilər.

İlham Əliyev bu böyük zəfərin əldə edilməsində Azərbaycan əsgərinin, zabitinin, Azərbaycan xalqının fədakarlığını yüksək qiymətləndirirdi. Qəhrəmanlığı ilə daim irəliləyən Azərbaycan əsgəri addım-addım torpaqları azad etməklə Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirdi. Bu qələbənin dəyəri həm də onda idi ki, Azərbaycan əsgər və zabitləri Ermənistanın hərbi-siyasi rəhbərliyinin 30 il ərzində işğal olunmuş ərazilərdə yaratdığı güclü müdafiə sistemini böyük məharətlə yara bilmişdilər.

Göstərilən bu məharət erməni hərbi-siyasi rəhbərliyini də heyrətə salmışdı və bu hünəri görəndən sonra Ermənistan rəhbərliyi Azərbaycan rəhbərliyinə təzyiqlər göstərilməsi üçün dünyanın çoxsaylı dövlət başçılarına davamlı müraciətlər göndərməyə başladı. Azərbaycanın əsgər və zabitləri isə dövlət bayrağını bir-birinin ardınca azad edilmiş yaşayış məntəqələrində dalğalandırdılar. Nəhayət, Azərbaycan bayrağı Şuşada dalğalanmağa başladı.

Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi İlham Əliyev Şuşanın azad edilməsini şanlı mübarizənin yekunu kimi qiymətləndirirdi: “Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir”.

Məhz Şuşa şəhəri azad edildikdən sonra Ermənistan rəhbərliyi Azərbaycanla müharibədə məğlub olduğunu etiraf etməklə kapitulyasiya aktını imzalamalı oldu. 2020-ci il noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtəfərəfli bəyanata görə cəbhə xəttində atəş dayandırıldı, Ermənistan rəhbərliyi döyüşsüz olaraq öz qoşunlarını Ağdam, Laçın və Kəlbəcər rayonlarından geri çəkmək öhdəliyini öz üzərinə götürdü. Bununla bir güllə də atılmadan bu üç böyük rayon erməni işğalından azad edildi. Bu nəticəni İlham Əliyev böyük qələbə hesab edirdi.

Bununla belə, ölkə başçımız əldə edilmiş Zəfərdən sonra Azərbaycan üçün yeni bir dövrün – quruculuq dövrünün başlandığını xüsusi ilə qabardırdı. Çünki Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisində törətdiyi dağıntıların, talanların, ekoloji terrorun miqyası son dərəcə böyük idi, işğal edilmiş ərazilərdəki bütün yaşayış məntəqələri yerlə-yeksan edilmişdi. Prezident İlham Əliyev yenə də özünə xas olan qətiyyət və əminliklə bəyan etdi ki, işğaldan azad edilmiş ərazilər yenidən dirçəldiləcək, yenidən Azərbaycanın qaynar həyatına qaytarılacaqdır.

Azərbaycan Prezidenti onu da əminliklə bəyan edirdi ki, indi biz yalnız irəli gedəcəyik. Nitqini isə o, ümummilli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsi ilə tamamladı.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan da Azərbaycanın kədərini kədəri, sevincini öz sevinci hesab edən Türkiyə adından Zəfər sevincini bölüşən bir nitq söylədi. O da Azərbaycan torpaqlarının 30 illik işğalının yaratdığı məhrimiyyətlərə, bu məhrumiyyətlərə yol açan siyasəti izləyən qüvvələrin yarıtmaz möqeyinə öz münasibətini bildirdi. Türkiyə Prezidenti şübhə etmirdi ki, Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxara biləcəyi təqdirdə bölgədə də yeni bir dövrün başlanğıcı qoyula bilərdi.

Sonra isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Zəfər paradı başladı. Onların ardınca tribunaya Zəfər paradında iştirak etmək üçün minbaşı Harun Ergenin rəhbərliyi altında Azərbaycana gəlmiş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən ordu dəstəsi yaxınlaşdı.

Daha sonra hərbi texnikaların keçidi başladı. Öncə erməni hərbi qüvvələrindən qənimət götürülmüş hərbi texnika və silahların bir qisminin nümayişi keçirildi. Bu silah və texnikanın önündə Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiyanı əks etdirən avtomobil irəliləyirdi.

Həmin kompozisiyanın üzərində böyük hərflərlə “Qarabağ Azərbaycandır!” sözləri yazılmışdı. Ardınca isə döyüşlərdən qənimət götürülmüş istifadəyə yararlı texnikalar - “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları Azadlıq meydanına gətirildi.

Sonra da Azərbaycan Ordusunun arsenalında olan silahlar və hərbi texnika Azadlıq meydanından keçdi. Onların arasında “Qarabağ” ordenli general-leytenant Nizam Osmanovun başçılıq etdiyi xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirovun başçılıq etdiyi Hava Hücumundan Müdafiə Silahları sistemləri kolonu, “Zəfər” ordenli general-mayor Ağamir Sultanov başçılıq etdiyi artilleriya silahları sistemlərinin kolonu, “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterləri dəstəsi də var idi.

Paradın sonunda isə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Namiq İslamzadənin başçılıq etdiyi təyyarələr qrupu rəngli tüstülərlə səmada qalib Azərbaycanın dövlət bayrağının təsvirini canlandırdılar.

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri