Aprel döyüşləri: Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Artıq Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin aprel ayında baş verən bu qısamüddətli, lakin strateji əhəmiyyətli hərbi toqquşmalar regionda uzun illər formalaşmış status-kvonun sarsılması ilə yadda qaldı. Həmin dövrdə ərazilərimizin işğal altında olduğu şəraitdə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına Azərbaycan Ordusunun verdiyi cavab həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan mühüm nəticələr doğurdu.
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev XQ-yə açıqlamasında bildirib ki, Aprel döyüşləri təkcə lokal toqquşma olmayıb, həm də regionda yeni reallıqların başlanğıcı olub:
“Bu döyüşlər göstərdi ki, münaqişə heç də dondurulmuş vəziyyətdə deyil və istənilən an aktiv fazaya keçə bilər. Azərbaycan Ordusunun strateji yüksəklikləri azad etməsi ölkəmizin hərbi gücünün artdığını açıq şəkildə nümayiş etdirdi və beynəlxalq ictimaiyyətə real vəziyyətin dəyişə biləcəyini göstərdi. Hərbi baxımdan əldə olunan təcrübə sonradan daha genişmiqyaslı əməliyyatlarda, xüsusilə 44 günlük müharibədə qələbənin əsasını təşkil etdi. Siyasi baxımdan isə bu hadisələr göstərdi ki, güc amili danışıqlar prosesindən daha önəmlidir. Mənəvi cəhətdən isə Aprel döyüşləri xalqda qələbə inamını artırdı və milli həmrəyliyi gücləndirdi.”
Ramil Əliyev vurğulayıb ki, bu hadisələr gələcək proseslərin istiqamətini müəyyənləşdirdi və 2020-ci ildə baş verən böyük zəfərin ideoloji və hərbi əsasını formalaşdırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 01 Aprel 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















