Icma.az
close
up
RU
Aprel döyüşləri Qarabağ savaşının dönüş nöqtəsidir TƏHLİL

Aprel döyüşləri Qarabağ savaşının dönüş nöqtəsidir TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bu döyüşlər sayəsində dünyanın Qarabağ münaqişəsinə, Azərbaycan-Ermənistan münasibətlərinə baxış bucağını aydınlaşdıra bildik 


Azərbaycan Silahlı Qüvvələrinin Aprel qalibiyyətinin 9-cu ildönümüdür. 2016-cı il aprelin 2-dən 5-dək davam edən bu döyüş əməliyyatı şanlı hərb tariximizdə həm də “Dörgünlük müharibə” adı ilə tanınır.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş verən bu münaqişə 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunub. Xatırladaq ki, aprel döyüşlərinin ən mühüm nailiyyətlərindən biri Cəbrayıl rayonundakı Lələtəpə yüksəkliyinin azad edilməsi idi. Bu yüksəklik strateji mövqeyə malik olub Füzuli-Cəbrayıl istiqamətində üstünlük təmin edirdi. Lələtəpənin azad olunması ilə Azərbaycan Ordusu həm əməliyyat şəraitini yaxşılaşdırdı, həm də düşmənə ciddi psixoloji zərbə vurdu.

Bu döyüşlər həm Azərbaycan xalqının Qarabağ uğrunda mübarizə əzmini və ordumuzun gücünü bir daha dünyaya nümayiş etdirdi.

Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusunun cəbhə xəttində təxribat törətməsi nəticəsində başlayan döyüşlər Azərbaycanın əks-hücum əməliyyatı ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində uğurlu hərbi əməliyyatlar həyata keçirərək bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi.

Cəmi dörd gün davam edən bu savaşda Azərbaycan Ordusu düşmənin illərlə qurduğu möhkəm müdafiə xəttini yararaq, tarixi ədalətin bərpası üçün ilk zəfər addımını atdı. Bu, xalqımıza güc verdi, inamımızı artırdı, bir gün tam qələbəyə gedəcəyimizin müjdəsini verdi. Aprel döyüşlərində sınaqdan çıxan ordumuz, 44 gün ərzində şanlı tarix yazaraq işğal altında olan torpaqlarımızı azad etdi, haqqımızı, ədaləti bərpa etdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsindəki qələbəmiz məhz Aprel döyüşlərində qazanılan uğurlara söykənirdi. Məhz bu səbəbdən aprel döyüşləri Vətən müharibəsinə gedən yolun ən mühüm mərhələlərindən biri kimi dəyərləndirilir.  

Bu döyüşlə bağlı təəssüratlarını bölüşən ictimaiyyət nümayəndələri də hesab edir ki, aprel döyüşləri Azərbaycanın güclü ordusunun və xalqının milli birlik ruhunun təntənəsi idi. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı və ordusu işğalla heç vaxt barışmayacaq və mübarizəni sona qədər davam etdirəcəkdir. Aprel döyüşləri tarixin şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olundu və zəfər yolunun başlanğıcı kimi daim xatırlanacaqdır.


Aprel döyüşlərinin Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən, ən qürurverici səhifələrindən biri olduğunu vurğulayan araşdırmaçı - jurnalist Asəf Quliyev də “Sherg.az”a açıqlamasında deyib ki, bu döyüş Qarabağ savaşının dönüş nöqtəsidir:

 “Həm hərbi, həm siyasi baxımdan bu döyüşlər əhəmiyyətlidir. Aprel döyüşləri Ermənistan tərəfinə və beynəlxalq ictimaiyyətə Azərbaycanın torpaqlarının işğalı ilə heç vaxt barışmayacağı barədə açıq mesaj verdi. Bu döyüşlərin nə dərəcədə mühüm olduğu Vətən müharibəsində özünü göstərdi. Çünki məhz aprel döyüşləri zamanı əldə edilən təcrübə, hərbi strategiyaların və texnikaların təkmilləşdirilməsinə yol açdı. Bu, 2020-ci ildəki Vətən müharibəsindəki qələbəyə böyük töhfə verdi.

Aprel döyüşləri ona görə zəfərə gedən yolun başlanğıcı sayılır ki, ordumuzun gücünü bütün dünyaya göstərdi. Bu döyüşlər sayəsində dünyanın Qarabağ münaqişəsinə, Azərbaycan-Ermənistan münasibətlərinə baxış bucağını aydınlaşdıra bildik. 

 Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını, yüksək döyüş hazırlığını və müasir hərbi texnologiyalardan istifadə bacarığını nümayiş etdirdi. Bu, həm daxildə, həm də beynəlxalq arenada gücümüzə olan inamı artırdı.

Cəmiyyətimizdə qələbə əzmini formalaşdırdı. Uğurlu əməliyyatlar Azərbaycan xalqına böyük ruh yüksəkliyi verdi. İllərlə davam edən işğala qarşı mübarizədə ümidləri canlandırdı və xalqın qələbəyə inamını gücləndirdi. 30 illik işğal faktoru ilə barışmaqda olan cəmiyyətin mübarizə ruhunu oyandırdı, qələbəyə inam yaratdı. Aprel döyüşləri zamanı Birinci Qarabağ müharibəsindən uzun müddət sonra ilk dəfə bir neçə günlük müharibə aparıldı, ermənilərin təxribatı nəticəsində keçmiş cəbhə xətti boyunca lokal döyüşlər getdi”.


A. Quliyevin sözlərinə görə, aprel döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini və vətənpərvərlik ruhunu göstərdi:

 “Bu zəfər xalqın qələbəyə olan inamını artırdı və işğal altındakı torpaqlarımızın azad olunacağına ümid verdi. Məhz Aprel döyüşləri Vətən müharibəsinə hazırlığın gücləndirilməsi və Azərbaycan Silahlı Qüvvələrinin potensialının artırılması üçün bir stimul oldu.

Döyüşlərin nəticəsi olaraq, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, Lələtəpə yüksəkliyinin azad edilməsi rezonans doğurdu. Həmin dövrdə insanlarımızda Ordumuza olan rəğbət və inam daha da artdı, ruh yüksəkliyi yarandı ki, hərbçilərimizin rəşadəti, texnikamızın gücü sayəsində müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edə bilərik. Kəşfiyyat xarakteri daşıyan bu döyüşləri Vətən müharibəsinin ilkin məşqi kimi də dəyərləndirmək olar. Ordumuz bu döyüşdən alnıaçıq çıxdı. Aprel döyüşlərində şəhid olan hərbiçilərimizə Allahdan rəhmət diləyirəm. Onların əziz xatirəsi həmişə bizim qəlbimizdə yad ediləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri