Apreldə KTM ə zəhərlənmə səbəbi ilə 126 nəfər gətirilib 4 ü ölüb
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.
525.az-a bu barədə KTM-dən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir.
Həmçinin onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi, 1 qadın ) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 01 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















