Icma.az
close
up
RU
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb?

Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Vitamin kompleksini qəbul edən vətəndaş xəstəxanalıq olub.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, onun iddiasına görə, həkim məsləhəti ilə vitamin kompleksi almaq üçün paytaxtdakı apteklərdən birinə yaxınlaşıb və iki ədəd vitamin alıb. İlk istifadədən səhhətinin pisləşdiyini görən vətəndaş dərmanın etiketini açıb. Məlum olub ki, etiketin altında bir etiket də var. Bu etiketdə dərmanın istifadə müddətinin bitdiyi qeyd olunub. Digərində isə yeni tarix, yeni gün yazılıb.

Vətəndaş Elvin Əliyev iddia edir ki, həkim məsləhəti ilə aldığı vitamin kompleksinin yararlılıq müddəti bitsə də, qablaşdırmanın üzərindəki tarix dəyişdirlib.

O deyir ki, həmin vitamin kompleksindən istifadə etdikdən sonra səhhəti pisləşib və xəstəxanalıq olub.

Kanalın əməkdaşları iddialara aydınlıq gətirmək üçün sözügedən vitamin kompleksinin satıldığı aptekə yollanıblar.

"Buta" farm şirkəti Cənubi Koreya istehsalı olan "Multivita" dərman vasitəsinin üzərində yer alan "26.07.22" tarix yazılışı ilə bağlı iddialara aydınlıq gətirib. Qeyd olunub ki, Cənubi Koreyada rəsmi tarix formatı "gün - ay - il" deyil, əksinə "il - ay - gün" formatlarında istifadə olunur. Bu halda məhsulun istehsal tarixi "26.07.22", son istifadə müddəti isə 22 iyul 2026-ci il olaraq qeyd olunub. Bu format beynəlxalq və Koreya sənədlərində təsdiqlənib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirildi ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılması üçün vətəndaşın bu mərkəzə rəsmi qaydada müraciət etməsi zəruridir.

Müraciət daxil olduqdan sonra məsələ qanunvericiliyə uyğun olaraq araşdırılır və zərurət yarandığı halda plandan kənar yoxlama həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri