Icma.az
close
up
RU
9 aptekdə NÖQSAN Vaxtı keçmiş dərmanlar AŞKARLANIB?

9 aptekdə NÖQSAN Vaxtı keçmiş dərmanlar AŞKARLANIB?

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər səhiyyə sahəsi, həkimlərin fəaliyyəti müzakirə mövzusudur. Buna səbəb plastik cərrahlarla bağlı sosial şəbəkələrdə yayılan məlumatlar və müvafiq qurumlara olunan müraciətlərdir. Ona görə də ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların fəaliyyətinin yoxlanması üçün səhiyyə nazirinin müvafiq əmri ilə bir neçə nazirliyin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Digər tərəfdən, Azərbaycanda da çox istifadə edilən “Nimesil” dərman preparatının bəzi ölkələrdə qadağan olunması ölkədə dərman preparatlarının yoxlanmasını, istifadəyə yararlı olub olmamasını gündəmə çevirib.

MÖVZU İLƏ BAĞLI:
Apteklərlə bağlı YENİLİK


Xatırldaq ki, ötən ay ərzində 16 aptek yoxlanılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) məlumatına görə, Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb.
Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Belə bir məqamda nöqsanların nədən ibarət olması və həmin apteklərdə satılan dərmanların keyfiyyətində hansı qüsurların aşkarlanması sual doğurur.
Yaranan suallara cavab almaq üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qurum plan üzrə və plandankənar yoxlamalar həyata keçirir:
“Nöqsan aşkarlanan 9 aptekdən 8-də dərman vasitələrinin kağız resept əsasında satışına və 1 aptekdə aptek təşkilatlarına dair tələblərin pozulması faktlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 452.1 və 452.3-cü maddələri üzrə protokollar tərtib olunub.
Həmçinin, yoxlamalar zamanı əczaçılıq müəssisələrinə dair sənədləşmələr, əczaçılıq fəaliyyətinin normativ-hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, o cümlədən dərman vasitələrinin müvafiq sertifikatlarının olub-olmaması tərəfimizdən yoxlanılmaqdadır”.
Məlumatda qeyd edilib ki, yanvar ayı ərzində aparılmış yoxlamalar zamanı keyfiyyətsiz və ya istifadə müddəti bitmiş dərman vasitələri aşkar olunmayıb.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri