Icma.az
close
up
RU
Apteklərdə ən çox satılan dərmanlar ARAŞDIRMA

Apteklərdə ən çox satılan dərmanlar ARAŞDIRMA

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qış mövsümündə mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları artır.  Bu virusa yoluxanların bəzisi xəstəxanaya müraciət edərək müayinə olunurlar. Bəziləri isə apteklərdə satılan müxtəlif adda ağrıkəsici, temperatur düşürən, soyuqdəymə, qripə qarşı dərmanlardan istifadə edirlər. Bunların satışına həkim resepti olmadan da icazə verilir.
Bəs maraqlıdır ki, son ayda əhali arasında ən çox hansı dərmana tələbat var? Apteklərdən hansı dərmanlar alınır?
Bizim.Media-nın əməkdaşı paytaxtda yerləşən bir neçə aptekdə olaraq hazırkı vəziyyəti öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:
Vətəndaşlara hansı dərmanlar ödənişsiz veriləcək?– VİDEO


Əczaxana əməkdaşları son ayda əsasən virusa qarşı toz dərmanlara və müxtəlif ağrıkəsicilərə ehtiyac yarandığını bildiriblər. Aptek işçiləri ilə söhbətdə məlum olub ki, əhalinin çox hissəsi gündəlik olaraq baş, mədə və ürək ağrılarını sakitləşdirmək üçün müvafiq dərmanları alırlar.
Bəzi apteklər konkret dərman preparatlarının adlarını çəkiblər. Bunlara paraçetamol, spazmaqon, sitramon, majezik kimi ağrıkəsicilər və nimesil, teraflu, qriphot kimi toz dərmanlar aiddir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyil:
“Mərkəzin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq həyata keçirdiyi vəzifələrdən biri əczaçılıq bazarında dövriyyədə olan dərman vasitələrinin keyfiyyətinə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır”.
Qurumdan vətəndaşlara müraciət olunub:
“Vətəndaşların əczaçılıq müəssisələrində satılan dərmanların keyfiyyəti ilə bağlı sualları və yaxud şikayəti olarsa Mərkəzin birpəncərə bölməsinə, rəsmi internet səhifəsinə (www.pharma.az) və (+99412) 596 07 12 Qaynar Xəttinə müraciət edə bilərlər”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri