Icma.az
close
up
RU
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ

Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Arıqlama dərmanları bəziləri üçün sadəcə bədən quruluşunu dəyişmək vasitəsi olsa da, digərləri üçün bu dərmanlar həyatla ölüm arasındakı xətti silə bilər. Son illərdə geniş istifadə olunan və qlükaqon kimi peptid-1 (GLP-1) reseptor agonistləri kimi tanınan piylənmə dərmanları, xüsusilə “Ozempic” və semaqlutidlər yalnız arıqlamağa deyil, həm də bir sıra digər sağlamlıq problemlərinin, o cümlədən ürək xəstəlikləri və parkinson kimi xəstəliklərin müalicəsinə kömək etmə qabiliyyəti ilə diqqət çəkib. 

Arıqlama dərmanlarının əksəriyyəti qısa müddətli istifadə üçün nəzərdə tutulur və yalnız həkim nəzarəti ilə qəbul edilməlidir. Ancaq reallıqda vəziyyət tam fərqlidir. İstifadəçilərin çoxu bu dərmanlara internetdən, tanış tövsiyələrindən və ya reklamların cazibəsinə aldanaraq əl atır.

Tərkibində mərkəzi sinir sistemini stimullaşdıran, ürək ritmini sürətləndirən və iştahı kəskin şəkildə azaldan kimyəvi maddələr olan bu preparatlar, bədəndə ciddi fəsadlar yarada bilər.

Ona görə də həmin çayların qəbulu həkimlər tərəfindən tövsiyə edilmir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev bildirdi ki,  aptek və mağaza şəbəkələrində arıqlamaq üçün satışa çıxarılan preparatlar yalnız həkim məsləhəti ilə istifadə edilməlidir.

”Arıqlamaq üçün nəzərdə tutulan dərmanlar müxtəlif tərkib mexanizminə malikdir. Bu cür dərmanları həkim təyin etməlidir. İnsan orqanizmi əlaqəli işləyir bir tərəfə xeyri olan dərman, digər orqana ziyanı ola bilir. Satışda olan arıqlama dərmanları hətta üzdə olmayan problemləri də ortaya çıxara bilər.

İnsanda genetika ilə bağlı piylənmə, düzgün qidalanmama, oturaq həyat tərzinin səbəb olduğu artıq çəki varsa, həkim məsləhəti ilə müalicə qəbul etməlidi , həkimsiz dərman qəbulu heç bir halda düzgün deyil”.

Həkim arıqlamaq istəyən insanlara müraciət edib:

“Arıqlamaq üçün düzgün metodlardan istifdə edilməlidir: un və şəkər kimi məmulatlardan az istifadə, düzgün qidalanma, hərəkətlilik, bol su qəbulu və müsbət enerji  kiyayətdir. Əgər artıq çəki  irsi xarakter daşıyırsa, həkimin məsləhət gördüyü müalicələrdən istifadə etmək lazımdır. Artıq piyləri bədəndən xaric etmək üçün edilən liposaksiya prosesi də heç də düzgün deyil. O halda məqbul hesab edilə bilər ki, insanin hərəkətində ləngimə yaratsın”, – deyə A.Əliyev vurğulayıb.

Maraqlıdır, insan sağlamlığı üçün təhlükə yaradan Ozempik və digər dərmanlar satışa necə buraxılır?

Analitik Ekspertiza Mərkəzindən sualımıza cavab olaraq bildirildi ki, adıçəkilən dərman basqa xəstəliklərin müalicəsi üçün də istifadə olunur.

“Ozempik dərman vasitəsi hal-hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatındadır. Bu preparat əsasən şəkərli diabetin müalicəsində istifadə olunur və xüsusilə tip 2 diabetdən əziyyət çəkən və artıq çəkisi olan pasiyentlər üçün nəzərdə tutulub. Qeyd edirik ki, dərmanın qeyri-təyinat üzrə — yəni yalnız arıqlamaq məqsədilə istifadəsi halları müşahidə olunsa da, bu, preparatın ölkəyə idxalına məhdudiyyət tətbiq olunması üçün hüquqi əsas yaratmır”.

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciət edərək özəl tibb müəssisələrində və ya aptek təşkilatlarında dərman vasitələrinin qanunsuz istifadəsi və digər sui-istifadə halları ilə qarşılaşdıqda, qruma  məlumat vermələrini bildirib. Daxil olan müraciətlər müvafiq qaydada araşdırılır və ehtiyac yarandığı halda həmin müəssisə və ya aptekdə plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 İyun 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri