Icma.az
close
up
RU
AQC ilə Ukrayna Qiymətləndiricilər Cəmiyyəti arasında müqavilə imzalanıb

AQC ilə Ukrayna Qiymətləndiricilər Cəmiyyəti arasında müqavilə imzalanıb

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Ukrayna Qiymətləndiricilər Cəmiyyəti (UTO) arasında qarşılıqlı əməkdaşlıqla bağlı saziş imzalanıb.
Newscenter.az xəbər verir ki, sazişi AQC sədri Vüqar Oruc və UTO sədri İrina İvanova imzalayıb. Sazişin məqsədi qiymətləndirmə fəaliyyətində hər iki təşkilatın üzvlərinin peşəkar maraqlarına yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması, tərəflər arasında uzunmüddətli, səmərəli əməkdaşlığın inkişafıdır.
Sənədə əsasən, tərəflər qiymətləndirmə fəaliyyətlərində peşəkar qarşılıqlı faydalı layihələrin təşviqinə və həyata keçirilməsinə dəstək, qiymətləndirmə fəaliyyətinin müxtəlif məsələləri üzrə analitik və statistik məlumatların verilməsi, peşəkar qiymətləndirmə icmasında ölkələr arasında tərəfdaşlıq və işgüzar əlaqələrin təkmilləşdirilməsi, peşəkar qiymətləndiricilərə və qiymətləndirmə təşkilatlarına dəstək olmaq üçün qabaqcıl təcrübələrin yayılması, qiymətləndirmə fəaliyyəti və əlaqəli sahələr üzrə elmi, praktiki və işgüzar konfransların, forumların, seminarların təşkili və birgə iştirak, ictimai təşkilatlar və ekspert icması ilə qarşılıqlı əlaqə istiqamətlərində birgə tədbirlər həyata keçirəcəklər.
Qeyd edək ki, AQC Ukrayna ilə yanaşı Türkiyə, Rusiya, Belarusiya və Özbəkistan, Qazaxıtan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cumhuriyyəti ölkələrinin də qiymətləndirmə qurumları ilə əməkdaşlıq müqaviləsi var və yaxın əməkdaşlıq edir. Cəmiyyət türk dövlətləri arasında qiymətləndirmə sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dövrlər xüsusi fəallıq göstərir. AQC sədri Vüqar Oruc eyni zamanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidentidir.

Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Fevral 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri