Icma.az
close
up
RU
AQC sədri: “Qiymətləndiricilər Palatasında gözləntilərimiz böyükdür”

AQC sədri: “Qiymətləndiricilər Palatasında gözləntilərimiz böyükdür”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dövlət İmtahan Mərkəzi (DİM) “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun tələbinə uyğun ilk dəfə olaraq qiymətləndiricilərin ixtisas imtahanını keçirib. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc imtahanın yekunları və digər mövzular ətrafında təəssüratlarını “Azərbaycan qəzeti” ilə  bölüşüb: 

- Oktyabrın 27-də qiymətləndiricilər cəmiyyəti bir ilk yaşadılar və DİM tərəfindən təşkil olunan ixtisas imtahanında iştirak etdilər. İmtahanın yekunları ilə bağlı mövqeyinizi eşitmək maraqlı olardı.

- Fürsətdən istifadə edərək, ilk növbədə, imtahanda müvəfəqiyyət qazanan bütün iştirakçıları təbrik edirəm. İmtahan sınağından keçə bilməyən iştirakçılara isə gələcək imtahanlarda uğurlar arzu edirəm. Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda 144 namizəd iştirak edib ki, onlardan 106-sı uğur qazanıb. İmtahanlar 9 istiqamət üzrə keçirilsə də, iddialıların əksəriyyəti əsasən 2 istiqamət, daşınmaz və daşınar əmlakın qiymətləndirilməsi istiqamətlərinə üstünlük verib. 

Qeyd edim ki, 2022-ci ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr seçilərkən hesabat-seçki yığıncağında təklifimiz oldu ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” 1998-ci ildə qəbul olunmuş qanun yenilənsin. Qiymətləndiricilər Palatasının yaradılması da təkliflərimiz sırasında idi. Belə bir təkliflə çıxış etməyimizin əsas səbəbi Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə miqyasında çoxvektorlu islahatlar həyata keçirilməsi və demək olar ki, bütün sahələrin yenilənməsi idi. Hesab edirdik ki, qiymətləndirmə fəaliyyəti də bu prosesdən kənarda qalmamalıdır və müasir dövrün tələblərinə uyğun fəaliyyət modelinə keçid etməlidir. 

Ötən ilin payızından etibarən qanun layihəsi hazırlanmağa başladı və AQC olaraq biz də Milli Məclisdə təşkil olunan müzakirələrdə iştirak etdik. 2023-cü ilin sonunda isə qanun qəbul edilərək, Cənab Prezident İlham Əliyevin 8 dekabr 2023-cü il tarixli fərmanı ilə təsdiq olundu. Dövlət başçısının fərmanına uyğun olaraq Baş nazir Əli Əsədovun sərəncamı ilə Qiymətləndiricilər Palatasını təsis etmək üçün İqtisadiyyat və Maliyyə nazirliklərinin rəsmilərindən ibarət Təşkilat Komitəsi yaradıldı. Bu məqamda bildirim ki, qanunla Palatanı təsis etmək hüququ qiymətləndirmə imtahanından keçən qiymətləndiricilərə həvalə edilib. Biz Təşkilat Komitəsinin, İqtisadiyyat, Maliyyə, Ədliyyə Nazirliklərinin, Mərkəzi Bankın və Dövlət İmtahan Mərkəzinin birgə müzakirələrində yaxından iştirak etdik.

Dövlət İmtahan Mərkəzinin imtahanlara hazırlıq məqsədilə təşkil etdiyi prosesdə də AQC fəal iştirak edirdi. Cəmiyyətin rəhbərliyində təmsil olunan qiymətləndirmə mütəxəssisləri və iqtisadçı alimlərlə birlikdə imtahanın yüksək səviyyədə keçirilməsinə öz töhfəmizi verdik. Mən də AQC sədri olaraq bu prosesdə aktiv iştirak etdim. İmtahana gəldikdə isə, bununla da bağlı hər hansı neqativ fikrim yoxdur. Qürurverici məqamdır ki, ölkə qiymətləndiriciləri sektor üçün yenilik sayılan mərhələni uğurla adladılar.

- Ötən ilin sonunda qüvvəyə minən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun daha bir tələbi isə Qiymətləndiricilər Palatasının formalaşması ilə bağlıdır. Palatanın təsis yığıncağı nə zamana nəzərdə tutulub?

- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna müvafiq olaraq Qiymətləndiricilər Palatası təsis olunmalıdır. Artıq Palatanın üzvləri məlumdur. İmtahanda müvəfəqiyyət qazanan qiymətləndiricilər Palatada təmsil olunmaq hüququnu qazanıblar. Təsis yığıncağını isə Nazirlər Kabinetinin yaratdığı Təşkilat Komitəsi təşkil edəcək. Bundan sonra qiymətləndirmə sektorunun tənzimlənməsi ilə bağlı qərarları Palata və onun rəhbərliyi verəcək. Rəhbərliyə gəldikdə isə, təsis yığıncağında seçilən sədr və müavinləri avtomatik olaraq Rəyasət Heyətində təmsilçilik qazanacaq. Bundan əlavə, Rəyasət Heyətinə daha 6 sərbəst üzv seçiləcək. Eyni zamanda yığıncaqda qurumun İntizam Komissiyası da formalaşdırılacaq. 

Təvazökarlıqdan uzaq olsa da, bildirim ki, ölkəmizin ilk assosiativ peşə birliklərindən olan AQC qiymətləndirmə sektorunun tərəqqisi üçün mühüm işlər görüb. Faktiki olaraq tənzimləyici qurum funksiyasını həyata keçirib və bu əsnada qiymətləndiricilər arasında faydalı və qarşılıqlı təmasların artırılmasına, koordinasiyalı fəaliyyətin təşkilinə nail olub. Dövlət qurumları, maliyyə təsisatları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, assosiativ birliklərlə fəal əməkdaşlıq edən Cəmiyyət bu günə qədər qiymətləndiricilərin təlim, tədris, sertifikasiya prosesini də həyata keçirib. 7 türk dövlətinin, 700 qiymətləndirmə şirkətinin və minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) formalaşmasında yaxından iştirak edib və bu gün AQC sədri olaraq bu beynəlxalq təşkilata mən rəhbərlik edirəm. 

Yəni, qiymətləndirmə sektorunun idarə olunması sahəsində xüsusilə son illərdə təkmilləşdirilmiş zəngin ənənə var. Ümidvarıq ki, bu amil nəzərə alınacaq və peşəkar qiymətləndiricilər Qiymətləndiricilər Palatasının rəhbərliyində təmsil olunacaqlar.

- Uzun müddətdir inzibati orqan olmadığına görə, qiymətləndiricilərin fəaliyyətini faktiki olaraq AQC tənzimləyirdi. Bundan sonra AQC-nin fəaliyyəti nədən ibarət olacaq?

- AQC ictimai birlik, peşə birliyi olaraq fəaliyyətini bundan sonra da davam etdirəcək. Azərbaycanda bir çox sahələr hökumət orqanları tərəfindən tənzimlənsə də, həmin sahələrə aid ictimai birliklər də fəaliyyət göstərirlər. Yəni, Palatanın formalaşması AQC-nin fəaliyyətinə mane olmur. Əksinə, Cəmiyyətin qarşısında yeni və geniş imkanlar açır. AQC-nin Bundan sonrakı fəaliyyəti heç şübhəsiz Qiymətləndiricilər Palatası ilə koordinasiyalı şəkildə davam edəcək. Qiymətləndiricilər Palatası olaraq AQC ilə birlikdə görəcəyimiz işlər çoxdur.

- Qiymətləndiricilər Palatası sektorun hərtərəfli inkişafına nail ola və bu sahədə köklü islahatlar apara biləcəkmi? Gözləntiləriniz nədən ibarətdir?

- Qiymətləndiricilər Palatasının formalaşması Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar prosesinin tərkib hissəsidir. Biz bu prosesə qanunvericilik bazasının yenilənməsi, müasir idarəetməyə keçidin təmini baxımından çox böyük önəm veririk və ölkəboyu həyata keçirilən çoxvektorlu islahatların nəticəsi müsbət olduğu kimi, bu prosesin də ümumilikdə qiymətləndirmə sektorunun tərəqqisinə yol açacağına şübhə etmirəm. Yekunda qeyd edim ki, Qiymətləndiricilər Palatasından gözləntilərimiz böyükdür və bu proses nəzərdə tutduğumuz sahəvi islahatların aparılması üçün geniş imkanlar yaradacaq. Biz komanda şəklində bu prosesdə fəal iştirak etməyi nəzərdə tuturuq. Sonda Azərbaycan qiymətləndiriciləri üçün ciddi əhəmiyyət daşıyan qərarın verilməsinə görə Möhtərəm Cənab Prezident İlham Əliyevə qiymətləndirici sektoru adından minnətdarlığımı bildirirəm. Bu prosesdə ölkə qiymətləndiricilərinin, eləcə də bütün sektorun gələcək inkişafına verdikləri dəstəyə, obyektiv və peşəkar mövqelərinə görə başda Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat, Maliyyə, Ədliyyə Nazirliklərinin, Mərkəzi Bankın və Dövlət İmtahan Mərkəzinin rəhbərliklərinə öz təşəkkürümü bildirirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri