Icma.az
close
up
RU
AQC nin VIII Hesabat Seçki Konfransı keçirilib, Vüqar Oruc yenidən sədr seçilib

AQC nin VIII Hesabat Seçki Konfransı keçirilib, Vüqar Oruc yenidən sədr seçilib

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) VIII Hesabat-Seçki Konfransı keçirilib.

Konfrans işinə başlamazdan öncə AQC rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Konfransın girişində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra AQC sədri Vüqar Oruc və Cəmiyyətin Nəzarət-Təftiş Komissiyasının sədri Tural Bağırovun hesabatları dinlənilərək qənaətbəxş  hesab olunub.

Konfransda Milli Məclisin deputatları Vüqar İsgəndərov, Səbinə Salmanova, Məşhur Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədrinin müavini Emil Hüseynli, Ədliyyə Nazirliyinin nümayəndəsi Vüsal Məmmədov, Azərbaycan Mərkəzi Bankının sektor müdiri Xəzan Baxşəliyev,  Məhkəmə monitorinqi sektorunun məsləhətçisi Erkin Musayev qonaq qismində iştirak edib, çıxışlar səsləndiriblər.

Qonaqlar öz nitqlərində Cəmiyyətin fəaliyyətini yüksək qiymətləndirdiklərini ifadə edib, onun fəaliyyətinə uğurlar arzulayıblar.

Daha sonra konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilərək qəbul olunub.

Müraciətdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq arenada hərbi, iqtisadi, siyasi və diplomatik arenada qazandığı uğurlar, xüsusən 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi qürurla yad edilib, əldə edilən nəaliyyətlərə görə ölkə başçısına təşəkkür ünvanlanıb. Qeyd edilib ki, beynəlxalq münasibətlər sisteminin gərgin olduğu bir şəraitdə milli maraqlara söykənən müstəqil siyasət yürüdən Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu rəhbərliyi, paytaxt Bakıda və Respublikamızın digər regionlarında keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər, Avropa İttifaqı, Rusiya, Çin və digər nəhəng dünya dövlətləri ilə uğurlu təmaslar, türk dövlətləri arasında həmrəyliyin inkişafına verilən töhfələr ölkəmizi geosiyasi müstəvidə əsas aktorlardan birinə çevririb.  Vurğulanıb ki, 2024-cü ilin dekabr ayının 30-da Prezident İlham Əliyevin Fərmanı ilə “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi qüvvəyə minib. Bununla ölkəmizdə qiymətləndirmə sektoru yeni mərhələyə qədəm qoyub. Qanuna müvafiq olaraq ölkə qiymətləndiricilərin uzun müddətdir gözlədiyi hadisə baş verib və Azərbaycan Qiymətləndiricilər Palatası təsis olunub. Qiymətləndiricilərin tənzimləmə siyasətini həyata keçirəcək müddəalar yeni qanunda öz əksini tapıb. Müraciətdə bu uğurun ölkə başçısının qiymətləndirmə sektorunun inkişafına verdiyi yüksək diqqət və qayğının bariz nümunəsi olduğu xüsusi qeyd olunub, cənab Prezidentə dərin minnətdarlıq bildirilib. Müraciətin yekununda konfrans iştirakçıları milli iqtisadiyyatımızın inkişafı, ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, Böyük Qayıdışın uğurla təmini, habelə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması yolunda atılan addımlarda Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini bəyan ediblər.

Konfransın gedişində AQC-nin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər baş tutub. İştirakçılar tərəfindən səsvermə nəticəsində Vüqar Oruc 82 səslə yenidən AQC-nin idarə heyətinin sədri seçilib. Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.

Səsvermənin nəticələri elan edildikdən sonra AQC sədri Vüqar Oruc çıxış edərək Cəmiyyətin bundan sonrakı fəaliyyətində də Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı, Azərbaycan qiymətləndiricilərinin bilik və bacarıqlarının artırılması, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində uğurlu töhfələr verəcəyini vurğulayıb. Yekunda konfrans iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri