Icma.az
close
up
RU
Şamaxıda Ağsaqqallar Şurasının hesabat seçki konfransı keçirilib Fotolar

Şamaxıda Ağsaqqallar Şurasının hesabat seçki konfransı keçirilib Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

12 oktyabr 2026-cı il tarixində Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovun iştirakı ilə keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin, eləcə də Şamaxı rayonunun ictimai-siyasi və mədəni həyatındakı əvəzedilməz rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Gənclərin vətənpərvərlik ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və konfransların işinə uğurlar arzulayıb.

Sonra Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanovun hesabat məruzəsi dinlənilib. Sədr məruzəsində rayon ağsaqqallar şurasının son dövrdəki  fəaliyyətindən geniş söhbət açıb, keçirilən görüşlərdən, gənclərlə aparılan maarifləndirici işlərdən, şəhid ailələrinə və qazilərə göstərilən mənəvi dəstəkdən bəhs edib. 
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq sıralarında 35 mindən çox üzvü birləşdirən Şuranın geniş və səmərəli fəaliyyətindən, ağsaqqalların ölkəmizdə və bütün Türk dünyasında hər zaman böyük nüfuz və hörmət sahibi olmalarından bəhs edib. Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən ətraflı söz açaraq bildirib ki, məhz dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz parçalanmaqdan xilas oldu və dayanıqlı inkişaf yoluna çıxdı. Hazırda bu tərəqqi yolunu Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yüksək səviyyədə davam etdirir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir və bu işdə ağsaqqallar da əhəmiyyətli rol oynayırlar. Öz çıxışında hesabatın qənaətbəxş olduğunu qeyd edən Eldar İbrahimov respublikamızın hər bir bölgəsində olduğu kimi, Şamaxıda da ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərdiklərini, gənclərin dövlətə və dövlətçiliyə bağlılığı istiqamətində üzərlərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirdiklərini vurğulayıb.  Eldar İbrahimov Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğının hazırda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini qeyd edərək, bu həssas münasibətə görə onlara öz minnətdarlığını ifadə edib. 

Daha sonra çıxış edən digər natiqlər tədbirin keçirilməsinin önəmindən danışaraq rayon ağsaqqallarının geniş fəaliyyətindən söz açıblar. Xüsusilə gənclərin vətənpərvərlik ruhunda yetişməsində ağsaqqalların mənəvi dəstəyinin və öyüd-nəsihətlərinin böyük əhəmiyyət daşıdığını qeyd edən çıxışçılar dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu həmişə dəstəklədiklərini bildiriblər.

Konfransda təşkilati məsələlər də müzakirə olunub. Rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyası üçün seçki keçirilib. Açıq səsvermə yolu ilə Mayıl Alıcanov Şamaxı rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə onun təqdimatı əsasında rayonun ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov və digər tədbir iştirakçıları yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıblar.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Oktyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri