AQC rəhbərliyi Latviya səfirliyində oldu
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, görüşdə AQC sədrinin birinci müavini Fərid Rüstəmov və sədrin müşaviri İradə Şükürova iştirak ediblər. Səmimi atmosferdə keçən qəbul zamanı AQC rəhbərliyi tərəfindən səfirə qurumun ölkəmizdə qiymətləndirmə sektorunun təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atdığı strateji addımlar barədə geniş məlumat verilib.
Müzakirələrin əsas mövzularından birini Azərbaycan və Latviya arasındakı tarixi bağlar, iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri təşkil edib. Görüşdə xüsusilə Azərbaycanın daşınmaz əmlak bazarındakı dinamik artım tempinə, bu sahədə tətbiq edilən institusional islahatlara və şəffaflığın artırılmasına yönəlmiş dövlət siyasətinə toxunulub.
Vüqar Oruc qeyd edib ki, bu cür görüşlər Azərbaycan qiymətləndirmə bazarının Avropa təcrübəsindən bəhrələnməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfir Edqars Skuya da öz növbəsində iqtisadiyyatın tərkib hissəsi olan qiymətləndirmə fəaliyyətinin inkişafının investisiya mühiti üçün vacibliyini vurğulayaraq, müzakirə olunan məsələlərin aktuallığını yüksək qiymətləndirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 Mart 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















