Icma.az
close
up
RU
Latviya müharibəyə qoşulur?

Latviya müharibəyə qoşulur?

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Danışıqlar öncəsi yeni situasiya...

Rusiya və ABŞ liderlərinin ard-arda Çinə səfəri Ukrayna - Rusiya müharibəsinin dayandırılması istiqamətində aparılan danışıqlarda yeni canlanma vəd edirdi. Başqa sözlə, bir sıra analitiklər müharibənin bitirilməsi istiqamətində qlobal güclərin ortaq mövqeyinin döyüşləri tam dayandıra bilmə ehtimalını ortaya qoyur. Amma son günlərdə proses tamam fərqli məcralara yön alır - daha doğrusu, artıq müharibənin sərhədlərinin genişlənməsi təhlükəsi ilə bağlı xəbərlər yayılır. Belə ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Ukrayna Silahlı Qüvvələrinin komandanlığının Latviya ərazisindən Rusiyaya qarşı zərbələr endirməyə hazırlaşdığını bəyan edib. Qeyd olunub ki, Latviya tərəfinin Moskvanın cavab zərbəsinin qurbanı olmaq qorxusuna baxmayaraq, Kiyev Riqanı əməliyyata razılıq verməyə inandırıb.

Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin məlumatına görə, Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin şəxsi heyəti artıq Latviyaya yerləşdirilib. Onlar bir neçə hərbi bazada yerləşdiriliblər. Rusiya kəşfiyyatı əlavə edib ki, “ölkənin NATO üzvlüyü Latviyanı ədalətli cəzadan qorumayacaq”.

Dövlət Dumasının deputatı Andrey Kartapolov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya Latviya ərazisindən hücum edərsə, NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsi ona şamil edilməyəcək. O, belə bir halda respublikanın təcavüzkar dövlətə çevriləcəyini və buna görə də Moskvanın ona qarşı cavab zərbəsi endirməsinin haqlı olacağını iddia edib.

“Aİ onlara nə desə, onu da edəcəklər. Nümunə olaraq Amerikanın İrana qarşı əməliyyatını götürək. Demək olar ki, heç bir ölkə ABŞ-ı dəstəkləməyib və 5-ci maddə orada tətbiq olunmur”, - Kartapolov deyib.

ABŞ bazalarına yeni lokasiya təklifi...

Amma Latviya bu iddianı rədd edir. Xarici işlər naziri Baiba Braze bildirib ki, ölkəsi Ukraynanın Rusiyaya hücumları üçün hava məkanından istifadəyə icazə vermək niyyətində deyil. Xarici İşlər Nazirliyi həmçinin Rusiyanın müvəqqəti işlər vəkili Dmitri Kasatkini SVR-in bəyanatına qəti etirazını bildirmək üçün çağırıb. Nazirliyin məlumatına görə, Rusiya kəşfiyyat agentliyinin nəticələri “Rusiya Federasiyası tərəfindən əvvəllər irəli sürülən yalan ittihamlara” əsaslanıb.

Qeyd edək ki, bir müddət əvvəl Latviya hakimiyyəti Vaşinqtonun Almaniyadan çıxarmaq istədiyi hərbi kontingentinin bir hissəsini öz ərazisində yerləşdirməyə hazır olduğunu bildirmişdi. Bildirilmişdi ki, Latviya rəsmiləri amerikalı tərəfdaşları ilə bu barədə danışıqlar aparır. Latviyanın xarici işlər naziri Baiba Braze “Bloomberg TV”-yə verdiyi müsahibədə qeyd etmişdi ki, biz amerikalı müttəfiqlərimizlə bir neçə sahəni müzakirə edirik və onlar bizi nümunəvi müttəfiq hesab edirlər. “Buna görə də biz bu inkişafdan çox məmnun olardıq”, - deyə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Latviya höküməti ölkədə Amerikanın mövcudluğunu genişləndirmək üçün bütün zəruri infrastrukturu təmin etməyə hazır olduğunu söyləmişdi.

Latviya silahlı qüvvələri az olsa da...

Qeyd edək ki, Latviya NATO üzvüdur və son illərdə, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda müdafiə imkanlarını ciddi şəkildə artırıb. Əsas hərbi bölmələri Quru qoşunları, Hərbi hava qüvvələri, Hərbi dəniz qüvvələri, Milli Qvardiya (Zemessardze) təşkil edən Latviya ordusunun aktiv kontingentinin sayı 2025-2026 məlumatlarına görə təxminən 17-18 mindir. Ehtiyat qüvvə və Milli Qvardiya ilə birlikdə isə bu say  35-40 minə yaxındır. Ölkənin hərbi büdcəsi təxminən 1.9 milyard dollardır. Latviya ordusu kiçik olsa da, NATO standartlarına uyğunlaşdırılıb və əsas gücü sürətli səfərbərlik, hava müdafiəsi sistemləri, NATO ilə koordinasiya, pilotsuz sistemlər və mexanikləşdirilmiş birliklər üzərində qurulub. Latviyada daimi böyük ABŞ bazası yoxdur, amma NATO-nun çoxmillətli hərbi qüvvələri yerləşdirilib. Ən vacib baza 2019-cu ildə fəaliyyətə başlayan Adazi “Şimal” çoxmillətli qərargahıdır. Bu qərargah Alyansın Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Burada Kanada rəhbərliyində NATO briqadası yerləşir. Bazada Kanada, İspaniya, Polşa, İtaliya, İsveç və digər ölkələrin hərbçiləri xidmət edirlər. 2025-ci il məlumatına görə, bazadakı NATO qüvvələrinin sayı artıq briqada səviyyəsinə çatdırılıb və buraya minlərlə əsgər yerləşdirilib.

Aİ müharibəni NATO çərçivəsinə daşımaq istəyir?

Vurğulandığı kimi, Ukrayna-Rusiya müharibəsinin dayandırılması istiqamətində son dövrlərdə aparılan diplomatik danışıqlar qlobal güclərin bu məsələdə ortaq mövqe axtarışına girdiyinin göstəricisi sayılır. Xüsusilə həm Rusiya, həm də ABŞ rəhbərliyinin Çinlə intensiv təmasları beynəlxalq siyasi dairələrdə yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Analitiklərin fikrincə, Pekin artıq yalnız iqtisadi güc deyil, həm də qlobal təhlükəsizlik məsələlərində əsas vasitəçilərdən birinə çevrilib. Məhz buna görə Rusiya prezidentinin Pekinə səfərindən dərhal sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkofun Moskvaya göndərilməsi ilə bağlı məlumatlar təsadüfi hesab edilmir. Siyasətçilər hesab edirlər ki, Vaşinqton və Moskva arasında müəyyən ortaq nöqtələrin formalaşması Ukrayna müharibəsinin taleyinə birbaşa təsir göstərə bilər.

ABŞ-ın prosesdə əsas vasitəçi rolunu oynaması isə Avropada birmənalı qarşılanmır. Çünki Avropa İttifaqının aparıcı dövlətləri hesab edir ki, müharibənin yekun nəticələri qitənin təhlükəsizlik arxitekturasını uzun illər müəyyənləşdirəcək. Bu baxımdan Avropanın prosesdən kənarda qalması onun siyasi və strateji çəkisinin zəifləməsi anlamına gələ bilər. Bu mənada son günlər Latviyanın müharibəyə daha aktiv şəkildə cəlb oluna biləcəyi ilə bağlı yayılan informasiyalar da məhz bu kontekstdə diqqət çəkir. Baltik regionunda gərginliyin artırılması ehtimalı məhz Aİ tərəfindən danışıqlar prosesinə təzyiq vasitəsi kimi qiymətləndirilir. Bir sıra ekspertlərin fikrincə, Avropadakı müəyyən siyasi mərkəzlər ABŞ və Rusiya arasında mümkün anlaşmanın qarşısını almaq üçün regional təhlükəsizlik risklərini gündəmdə saxlamağa çalışırlar. Çünki müharibənin məhz Vaşinqton-Moskva xəttində əldə olunacaq razılaşma ilə başa çatması Avropanın prosesə təsir imkanlarını azalda bilər.

Digər tərəfdən, Latviyanın müharibəyə cəlb edilməsi birbaşa NATO ilə bağlı olacaq ki, bu da NATO ilə Rusiya arasında münasibətlərin daha da gərginləşməsi deməkdir. Yaranan ehtimal regionu yeni geosiyasi qarşıdurma xəttinə çevirə bilər. Bu isə Ukrayna müharibəsini lokallıqdan qlobal müstəviyə daşıya bilər.

SADİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 May 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri