Icma.az
close
up
RU
AQP nin 2026 cı il üçün büdcə layihəsi təsdiqləndi

AQP nin 2026 cı il üçün büdcə layihəsi təsdiqləndi

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı il üçün fəaliyyət planı və büdcə layihəsi təsdiqlənib.

KONKRET.az AQP-yə istinadən xəbər verir ki, bununla bağlı səsvermə AQP-nin illik ümumi hesabat yığıncağı çərçivəsində keçirilib.

Bu tədbirdə Palata rəhbərliyi, üzvlər, qiymətləndirici təşkilatların nümayəndələri və müvafiq qurumların təmsilçiləri iştirak ediblər.

Yığıncağın sədarəti və katibliyi seçildikdən sonra AQP-nin sədri Nüsrət İbrahimov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, hesabat dövrü Palatanın institusional möhkəmlənməsi, normativ bazasının təkmilləşdirilməsi və beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm mərhələ olub. Sədr qeyd edib ki, ötən il ərzində AQP dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrini genişləndirərək bir sıra uğurlu təşəbbüslərə imza atıb.

Çıxışında “Qiymətləndiricinin Elektron Portalı”nın istifadəyə verilməsini Palatanın fəaliyyətində strateji əhəmiyyət daşıyan yenilik kimi dəyərləndirən N.İbrahimov bildirib ki, bu platforma qiymətləndirmə fəaliyyətində şəffaflığın artırılması, əməliyyat proseslərinin sürətləndirilməsi və məlumatların vahid, standartlaşdırılmış mühitdə idarə olunmasına xidmət edir. Onun sözlərinə görə, portal eyni zamanda dövlət informasiya sistemləri ilə qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və gələcəkdə avtomatlaşdırılmış qiymətləndirmə modelinin tətbiqi üçün mühüm texnoloji baza rolunu oynayır.

Sədr diqqətə çatdırıb ki, hazırda Palatada 175 fərdi qiymətləndirici qeydiyyatdan keçib və onların 125-i qiymətləndirici təşkilatlarda fəaliyyət göstərir. Bu göstəricilər ölkədə qiymətləndirmə bazarının institusional inkişafının və Palatanın sahə üzrə aparıcı platforma kimi mövqeyinin gücləndiyini nümayiş etdirir. N.İbrahimov AQP-nin Beynəlxalq Qiymətləndirmə Standartlarına (IVS-2025) uğurla inteqrasiya olunduğunu qeyd edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərin qiymətləndirmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət etdiyini bildirib.

O, ötən il ərzində Palata rəhbərliyinin xarici səfərləri, eləcə də Bakıda keçirilən beynəlxalq tədbirlər çərçivəsində qurulan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb. Beynəlxalq inteqrasiyanın əsas istiqamətlərindən biri kimi normativ və metodoloji bazanın beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində əldə olunan nəticələr xüsusi qeyd edilib. Palata sədrinin sözlərinə görə, üzvlərin peşəkar bilik və bacarıqlarının artırılması AQP-nin prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu çərçivədə Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndiricilər üçün təşkil olunan imtahanların sual bazasının hazırlanmasında Palatanın yaxından iştirak etdiyi, indiyədək AQP-nin təşəbbüsü ilə çoxsaylı təlim, seminar və maarifləndirici tədbirlərin keçirildiyi bildirilib.

Daha sonra AQP-nin sədr müavinləri Ayan Qəmbərova və Günay İsmayılqızı kurasiya etdikləri sahələr üzrə illik hesabatlarla çıxış ediblər. Onlar həyata keçirilən layihələr, üzvlərlə işin təşkili, institusional prosedurların təkmilləşdirilməsi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Yığıncaqda Palatanın maliyyə hesabatı da təqdim olunub, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə olunduğu diqqətə çatdırılıb. Eyni zamanda İntizam Komissiyasının sədri Nahid Həsənov rəhbərlik etdiyi qurumun fəaliyyəti, daxil olan müraciətlər və görülən tədbirlər barədə məlumat verib.

Yığıncaq qarşıdakı dövrdə qiymətləndirmə sahəsində institusional inkişafın davam etdirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyətin gücləndirilməsi ilə bağlı qərarlarla başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Yanvar 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri