Icma.az
close
up
RU
Azərbaycan 2026 cı il üçün 41,5 milyard manatlıq büdcə açıqladı

Azərbaycan 2026 cı il üçün 41,5 milyard manatlıq büdcə açıqladı

Icma.az bildirir, Marja.az portalına istinadən.

2026-cı il üzrə dövlət və icmal büdcələrin proqnozu açıqlanıb.

İcmal büdcə

Marja.az Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamaya istinadən xəbər verir ki, 2026-cı ildə icmal büdcənin gəlirləri 44,825.3 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nəzərən 874.7 milyon manat və ya 2,0 faiz artım deməkdir. İcmal büdcə xərcləri isə növbəti ildə 48,683.1 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1,053.7 milyon manat və ya 2,2 faiz çoxdur. 2026-cı il üzrə icmal büdcədə 3,857.8 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdır.

Dövlət büdcəsi

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,423.0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67.0 milyon manat və yaxud 0,2 faiz çox, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 1,261.2 milyon manat və yaxud 3,4 faiz çoxdur.

Növbəti ildə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 141 milyon manat və ya 0,3 faiz artım ilə 41,548.6 milyon manat proqnozlaşdırılır ki, bu da, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 3,835.0 milyon manat və yaxud 10,2 faiz çoxdur.

2026-cı ildə dövlət büdcəsinin kəsiri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 74.0 milyon manat və ya 2,4 faiz çox olmaqla 3,125.6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla) proqnozlaşdırılır.

Dövlət büdcəsinin gəlirləri

2026-cı ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,6 faizi həcmində yəni 38,423.0 milyon manat nəzərdə tutulur ki, bunun da 42,6 faizi və ya 16,350.0 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22,073.0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43,8 faizini və ya 16,821.0 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1,321.0 milyon manat və ya 8,5 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1,013.0 milyon manat və ya 6,4 faiz çoxdur.

Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12,750.0 milyon manatı və ya 33,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6,850.0 milyon manatı və ya 17,8 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1,021.0 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981,0 milyon manatı və ya 2,6 faizi isə sair gəlirlərin payına düşür.

2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 78,6 faizi və ya 13,221.0 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4 faizi və ya 3,600.0 milyon manatı neft-qaz sektorunun payına düşür.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1 faizi həcmində olmaqla 6,850.0 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 250,0 milyon manat və ya 3,8 faiz, 2024-cü ilin faktı ilə müqayisədə 201,3 milyon manat və ya 3,0 faiz çoxdur. 

Dövlət büdcəsinin xərcləri

2026-cı il üçün 41548,6 milyon manat (ÜDM-in 31,0 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 24771,7 milyon manatı və ya 59,6 faizi cari xərclərə, 14319,3 milyon manatı və ya 34,5 faizi əsaslı xərclərə, 2457,6 milyon manatı və ya 5,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılmışdır.

Funksional təsnifat üzrə 2026-cı ildə ümumi dövlət xidmətləri üzrə xərclərinə 5776.5 milyon manat (xüsusi çəkisi 13,9 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8714,8 milyon manat (xüsusi çəkisi 21,0 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3553,6 milyon manat (xüsusi çəkisi 8,6 faiz), təhsil xərclərinə 4985.8 milyon manat (xüsusi çəkisi 12,0 faiz), səhiyyə xərclərinə 2052.4 milyon manat (xüsusi çəkisi 4,9 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4873,0 milyon manat (xüsusi çəkisi 11,7 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 568,6 milyon manat (xüsusi çəkisi 1,4 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə 298,2 milyon manat (xüsusi çəkisi 0,7 faiz), kənd təsərrüfatı üzrə xərclərinə 1092,1 milyon manat (xüsusi çəkisi 2,6 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərinə 357,2 milyon manat (xüsusi çəkisi 0,9 faiz), iqtisadi fəaliyyət xərclərinə 7630,7 milyon manat (xüsusi çəkisi 18,4 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə isə 1645.7 milyon manat (xüsusi çəkisi 4,0 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.

Dövlət büdcəsinin kəsiri

2026-cı ildə dövlət büdcəsinin kəsiri 3,125.6 milyon manat proqnozlaşdırılır ki, bunun da 2,600.6 milyon manatının (83,2 faiz) borclanma, 400.0 milyon manatının (12,8 faiz) vahid xəzinə hesabının qalığı və 125.0 milyon manatının (4,0 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://marja.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri