Icma.az
close
up
RU
Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 iyun, AZƏRTAC

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin aqrar siyasətində növbəti mərhələyə keçidi ifadə edən mühüm sənəddir. Bu proqramın mahiyyətini yalnız kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq kimi qiymətləndirmək düzgün olmazdı. Sənəd daha geniş yanaşmaya əsaslanır, yəni, aqrar sahənin ənənəvi, daha çox xammal istehsalına söykənən modeldən çıxaraq məhsuldarlıq, emal, logistika, ixrac, innovasiya və dəyər zənciri üzərində qurulan müasir inkişaf modelinə keçidini nəzərdə tutur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri iqtisad elmləri doktoru Yunus Sadıqov deyib.

O bildirib ki, Prezidentin 25 may 2026-cı il tarixli Sərəncamında da proqramın əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi kimi müəyyən edilir.

“Bu proqramın əsas üstünlüyü ondan ibarətdir ki, aqrar sahəyə artıq yalnız “əkin-biçin” prizmasından deyil, bütöv iqtisadi sistem kimi yanaşılır. Sənəddə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı ilə yanaşı, emal, soyuducu anbarlar, taxıl siloları (taxıl saxlanılan qurğular), logistika, maliyyə resurslarına çıxış, sığorta, rəqəmsal xidmətlər, aqrar təhsil və innovasiya məsələləri də ön plana çəkilir. Bu isə çox vacibdir. Çünki müasir dünyada aqrar sektorun gücü təkcə torpaq sahəsinin böyüklüyü və ya məhsul həcmi ilə ölçülmür. Əsas məsələ həmin məhsulun necə istehsal olunması, necə emal edilməsi, hansı keyfiyyət standartlarına cavab verməsi, bazara necə çıxarılması və nə qədər əlavə dəyər yaratmasıdır.

Proqramda məhsuldarlığın artırılması xüsusi yer tutur. Məsələn, ixtisaslaşmış rayonlar üzrə buğdanın məhsuldarlığının 40,3 sentnerdən təxminən 50 sentnerə, pambığın məhsuldarlığının isə 36,1 sentnerdən təxminən 50 sentnerə çatdırılması nəzərdə tutulur. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin 130 min hektardan təxminən 300 min hektara yüksəldilməsi də sənədin ən mühüm hədəflərindən biridir. Bu, təsadüfi məsələ deyil. Azərbaycan kimi su resursları məhdud olan ölkədə aqrar inkişafın gələcəyi daha çox torpağın genişləndirilməsindən yox, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsindən asılı olacaq. Ona görə də, proqramın resurs səmərəliliyi, suvarma texnologiyaları və iqlim dayanıqlılığı üzərində qurulması strateji baxımdan doğru yanaşmadır”,- deyə o qeyd edib.

Y.Sadıqov vurğulayıb ki, Dövlət Proqramında heyvandarlıq sahəsində əsas diqqət iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, daha yüksək məhsuldar damazlıq və cins heyvanların payının artırılmasına yönəldilir: “Sənəddə yüksək məhsuldar cins iribuynuzlu heyvanların ümumi sürüdə payının 2025-ci ildəki 2,5 faiz səviyyəsindən 2030-cu ilədək təxminən 10 faizə çatdırılması hədəflənir. Bununla yanaşı, mal əti istehsalında azı 20 faiz, süd istehsalında azı 10 faiz, qoyun əti istehsalında azı 9 faiz, quş əti istehsalında azı 30 faiz, yumurta istehsalında isə təxminən 27 faiz artım nəzərdə tutulur. Bu hədəflər heyvandarlığın ekstensiv modeldən daha məhsuldar, damazlıq potensialına və intensiv təsərrüfatçılığa əsaslanan modelə keçidini göstərir. Akvakultura üzrə istehsal həcminin 3400 tondan təxminən 7700 tona çatdırılması isə balıqçılığın artıq yardımçı sahə kimi deyil, ayrıca iqtisadi potensiala malik sektor kimi qəbul olunduğunu göstərir.

Bu proqramın daha bir vacib tərəfi dəyər zənciri yanaşmasıdır. Aqrar sahədə əsas problem çox vaxt məhsulun istehsalında deyil, istehsaldan sonrakı mərhələlərdə — tədarük, saxlanma, emal, qablaşdırma, logistika və satışda yaranır. Fermer məhsul istehsal edir, amma onu keyfiyyətli şəkildə saxlaya, emal edə və daha gəlirli bazara çıxara bilmirsə, kənd təsərrüfatında real gəlir artımı məhdud qalır. Proqramda soyuducu anbarların həcminin 400 min tondan təxminən 500 min tona, taxıl silolarının həcminin 1,9 milyon tondan 2,05 milyon tona çatdırılması kimi hədəflər məhz bu baxımdan əhəmiyyətlidir. Bu cür infrastruktur istehsalçının bazar qarşısında zəif mövqeyini müəyyən qədər azalda və məhsul itkisini aşağı sala bilər”.

Onun sözlərinə görə, sənəddə aqrar sığorta və rəqəmsallaşma məsələlərinə də xüsusi diqqət yetirilməsi müsbət haldır.

“Aqrar sığorta ilə təmin edilən sahələrin 386 min hektardan azı 1 milyon hektara çatdırılması, rəqəmsal xidmətlər vasitəsilə göstərilən aqrar dövlət dəstəyi xidmətlərinin payının 55 faizdən 100 faizə yüksəldilməsi nəzərdə tutulur. Bu, fermerin dövlət dəstəyinə çıxışını daha operativ və şəffaf edə bilər. Amma burada əsas məsələ təkcə xidmətlərin rəqəmsallaşdırılması deyil, həmin xidmətlərin real fermer üçün əlçatan və işlək olmasıdır. Rəqəmsal sistem yalnız kağız prosedurları elektron formaya keçirmək üçün deyil, qərarverməni daha dəqiq, məlumat əsaslı və şəffaf etmək üçün istifadə olunmalıdır. Bununla yanaşı, proqramın uğuru yalnız hədəflərin düzgün müəyyən edilməsindən asılı deyil. Əsas məsələ icra keyfiyyətidir. Aqrar sahədə uzun illərdir müşahidə olunan problemlər — kiçik təsərrüfatların parçalanmış strukturu, fermerlərin maliyyə resurslarına çıxış çətinliyi, emal müəssisələri ilə istehsalçılar arasında zəif koordinasiya, bazar qiymətlərində qeyri-sabitlik, su təminatı problemləri və texnologiyaya çıxışın məhdudluğu — yalnız inzibati qərarlarla tam həll edilə bilməz. Burada fermer, emalçı, logistika şirkəti, bank, sığorta qurumu, elm və təhsil müəssisələri arasında real əlaqələndirmə mexanizmi qurulmalıdır”, - deyə o bildirib.

Şöbə müdirinin fikrincə, Dövlət Proqramının əsas mahiyyəti aqrar sektoru daha yüksək əlavə dəyər yaradan, rəqabətqabiliyyətli və texnoloji əsaslı iqtisadi sahəyə çevirməkdir: “Əgər bu proqram yalnız istehsal göstəricilərinin artırılması kimi icra olunarsa, onun təsiri məhdud qala bilər. Amma proqram dəyər zənciri, regional ixtisaslaşma, aqrar emal, innovasiya, su və torpaq resurslarının səmərəli idarə olunması, fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsi istiqamətində kompleks şəkildə həyata keçirilərsə, kənd təsərrüfatı ölkənin qeyri-neft iqtisadiyyatında daha ciddi rol oynaya bilər.

Nəticə etibarilə, 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahənin inkişafı baxımından mühüm imkan yaradır. Bu imkanın real nəticəyə çevrilməsi üçün əsas şərt proqramın yerlərdə formal deyil, iqtisadi məntiqə əsaslanan şəkildə icra olunmasıdır. Aqrar inkişaf artıq yalnız daha çox məhsul istehsal etmək deyil, daha ağıllı, daha səmərəli, daha gəlirli və daha dayanıqlı istehsal sistemi qurmaq deməkdir. Bu proqramın strateji dəyəri də məhz bundadır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri