Şəmkirdə aqrar sektor yeni inkişaf mərhələsində
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəmkirdə kənd təsərrüfatının mənzərəsi getdikcə dəyişir. Ənənəvi əkinçiliklə yanaşı, müasir texnologiyalara əsaslanan istixanaların, intensiv meyvə bağlarının, balıqçılıq təsərrüfatlarının yaradılmasına maraq artır. Fermerlər daha məhsuldar, daha gəlirli və ixrac imkanları geniş olan sahələrə üz tuturlar. Dövlətin bu istiqamətdə yaratdığı imkanlar isə yeni təşəbbüslərə yol açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Şəmkir rayonunda icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Rayon İcra Hakimiyyəti başçısının yanında daimi qərargah yaradılıb, iş planı təsdiq edilib.
Proqram çərçivəsində görülən işlərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyevin də iştirakı ilə rayonda növbəti monitorinq keçirilib.
İki hektar ərazidə yaradılan yeni istixana kompleksinə baxış zamanı bildirilib ki, burada işlərin 95 faizi başa çatdırılıb. Dekabr ayında tinglərin əkilməsinə başlanılacaq. Müasir suvarma sistemi ilə təchiz edilmiş təsərrüfatda gələn ildən torpaqsız əkin üsulunun tətbiqi də nəzərdə tutulur.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev deyir ki, Dövlət Proqramının yaratdığı imkanlardan səmərəli istifadə olunması, fermerlərin yeni texnologiyalara marağının artırılması və qarşılaşdıqları problemlərin həllinə kömək göstərilməsi rayonun aqrar potensialının daha geniş şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Şəmkirin ənənəvi təsərrüfat sahələrindən olan meyvəçilikdə də yeniliklər az deyil. Rayonda 57 hektar ərazidə salınmış intensiv nektarin bağı bunun əyani nümunəsidir. İxracyönümlü məhsul istehsalı üçün nəzərdə tutulan bağda xarici ölkələrdən gətirilmiş sertifikatlı tinglər əkilib, müasir suvarma şəbəkəsi qurulub. Gələn il bağdan məhsul götürülməsi planlaşdırılır.
Diqqətçəkən məqamlardan biri də Şəmkirdə balıqçılığa marağın artmasıdır. Mövcud balıqçılıq təsərrüfatlarının genişləndirilməsi ilə yanaşı, yeni təsərrüfatların yaradılması istiqamətində də layihələr həyata keçirilir. Bu isə yerli istehsalın artırılması və əhalinin balıq məhsullarına olan tələbatının ödənilməsi baxımından əhəmiyyətlidir.
Monitorinq zamanı fermerlərlə görüşlər keçirilib, onların qayğıları, təklifləri və gələcək planları dinlənilib.
Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən qərargahın iclasında görülən işlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Dövlət Proqramının yaratdığı imkanların fermerlərə daha dolğun çatdırılması, maarifləndirmə işlərinin genişləndirilməsi və aidiyyəti qurumların əlaqəli fəaliyyətinin vacibliyi vurğulanıb.
Bütün bunlar göstərir ki, Şəmkirdə kənd təsərrüfatının inkişafı təkcə əkin sahələrinin genişləndirilməsi ilə məhdudlaşmır. Əsas məqsəd torpaqdan daha səmərəli istifadə etmək, məhsulun keyfiyyətini yüksəltmək və Şəmkir məhsullarının xarici bazarlarda mövqeyini daha da möhkəmləndirməkdir.
Baxış sayı:88
Bu xəbər 25 Noyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















