Icma.az
close
up
RU
Aqrar sektorda subsidiya islahatları

Aqrar sektorda subsidiya islahatları

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Regionlar və məhsullar üzrə yeni model

Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatına həsr olunmuş müşavirə aqrar sahənin inkişafının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərdi. Səsləndirilən fikirlər, qarşıya qoyulan tapşırıqlar və verilən mesajlar onu deməyə əsas verir ki, kənd təsərrüfatı ölkənin iqtisadi sabitliyinin gücləndirilməsi, ərzaq təminatının möhkəmləndirilməsi və regionların sosial-iqtisadi tərəqqisinin sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan sahə kimi diqqət mərkəzində saxlanılır.

Dövlət başçısının vurğuladığı kimi, aqrar sahənin inkişafında subsidiya mexanizmləri xüsusi rol oynayır. Azərbaycanda kənd təsərrüfatının tərəqqisi məqsədilə tətbiq edilən dəstək proqramları fermerlərin fəaliyyət imkanlarını genişləndirir, istehsalın həcminin artırılmasına və məhsuldarlığın yüksəlməsinə şərait yaradır. Məlumdur ki, Azərbaycan genişmiqyaslı və çoxşaxəli subsidiya mexanizmlərini tətbiq edən nadir ölkələrdən biridir ki, bu da aqrar sahəyə dövlət dəstəyinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir.

Diqqətçəkən əsas məqamlardan biri də kənd təsərrüfatı infrastrukturunun gücləndirilməsinə xüsusi önəm verilməsidir. İntensiv bağçılığın genişləndirilməsi, istixana təsərrüfatlarının inkişafı, müasir suvarma texnologiyalarının tətbiqi və suvarma şəbəkələrinin əhatə dairəsinin artırılması istiqamətində həyata keçiriləcək layihələr uzunmüddətli perspektivə hesablanıb. Bu tədbirlərin təsirinin 2030-cu ildən sonrakı dövrdə də aqrar sektorun inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Digər tərəfdən, subsidiyaların verilməsi məsələsində də çeviklik amili ön planda olmalıdır. Dövlət başçısı vurğulayıb ki, subsidiya siyasəti müəyyən edilərkən əsas diqqət daxili bazarın tələbatının ödənilməsinə və ixrac potensialının genişləndirilməsinə yönəldilməlidir. Bu baxımdan subsidiya mexanizmlərinin çevik və dövrün tələblərinə uyğun şəkildə tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır. Prezident daha sonra bildirib ki, subsidiyaların həcmi və istiqamətləri həm regionlar, həm də istehsal olunan məhsul növləri üzrə mütəmadi şəkildə yenidən qiymətləndirilməlidir: “Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz”.

Xüsusi yenilik kimi vurğulanmalıdır ki, ölkədə ilk dəfə olaraq balıqçılıq sahəsində də subsidiya və dövlət güzəştlərinin tətbiqi nəzərdə tutulur. Bu addım vasitəsilə sektorun inkişafının sürətləndirilməsi, istehsal imkanlarının genişləndirilməsi və daxili tələbatın daha səmərəli şəkildə qarşılanması hədəflənir. Eyni zamanda, proqram çərçivəsində yeni balıqartırma zavodlarının tikintisinin həyata keçirilməsi də planlaşdırılır.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərimiz üçün də subsidiya imkanları olduqca əlçatandır. Belə ki, Böyük Qayıdış çərçivəsində məskunlaşan əhali 50 faizdən artıq subsidiya əldə edirlər. Bununla yanaşı, müəyyən şərtlər daxilində hər hektara görə Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində şabalıd bağlarına 3250 manat, super-intensiv gilas bağlarına 16250 manat, şaftalı (nektarin) və ərik bağlarına 15500 manat, qoz bağlarına 4200 manat, fındıq bağlarına 4400 manat əkin subsidiyaları verilir.

Qeyd edək ki, qarşıdakı 5 il ərzində kənd təsərrüfatı sahəsinə ümumilikdə 5,9 milyard manat həcmində investisiyanın yönəldilməsi planlaşdırılır. Həmin vəsaitin 2,2 milyard manatının dövlət dəstəyi hesabına qarşılanacağı, 3,7 milyard manatının isə özəl sektor tərəfindən yatırılacağı nəzərdə tutulur. Proqramın icrası nəticəsində aqrar sektorda mühüm iqtisadi nəticələrin əldə olunacağı proqnozlaşdırılır. Hesablamalara əsasən, 2030-cu ilədək kənd təsərrüfatı istehsalında artım tempinin 2 faizdən yüksək olacağı, ixrac göstəricilərinin isə 6 faizdən çox artacağı gözlənilir.

Eldəniz ƏMİROV,
iqtisadçı

Cənab Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəsində səslənən fikirlərdən sonra əsas məsələ artıq zənnimcə, statistik hesabat yox, strateji nəticə çıxarmaqdır. Müşavirədə açıq görünən əsas məqam budur ki, son illərdə aqrar sahədə mühüm nəticələr əldə olunsa da, səslənən rəqəmlər bəzi istiqamətlər üzrə əlavə addımlara və yeni yanaşmalara ehtiyac olduğunu göstərir.

Ən diqqətçəkən nümunə buğda məsələsidir. Azərbaycan buğda ilə özünü cəmi 55 faiz təmin edir. Belə ki, 1 milyon 573 min ton daxili istehsala qarşılıq 1 milyon 267 min ton idxal həyata keçirilir. Bu göstəricilər aqrar siyasətdə növbəti mərhələdə əsas diqqətin artıq sadəcə istehsal həcminə deyil, məhsuldarlığın və səmərəliliyin artırılmasına yönələcəyini göstərir.

Müşavirədə açıq şəkildə bildirildi ki, illərlə dəyişməyən subsidiya modeli effektiv deyil. Subsidiyalar bazar tələbi, ixrac potensialı və məhsuldarlığa uyğun çevik dəyişməlidir. Üçüncüsü, aqrar emaldır. Azərbaycan bir çox hallarda xammal ixrac edir, emal məhsulu idxal edir. Bu isə əlavə dəyərin ölkə daxilində formalaşmaması deməkdir. Pambıq üzrə “mahlıc yox, hazır məhsul” mesajı məhz buna hesablanıb. Ümumiyyətlə, mən aqrar emalı kənd təsərrüfatının ən birinci dəstəkləyici istiqaməti hesab edirəm. Yeni yaradılan dəyər bir çox istiqamətlərə ciddi effektlər verər.

Müşavirədə səsləndirilən “şəhərdən kəndə qayıdış” fikri əslində iqtisadi model mesajıdır. Əgər kənddə gəlir, xidmət, logistika və sosial infrastruktur rəqabətli olmazsa, urbanizasiya dayanmayacaq. Odur ki, yeni proqram kəndlərdə gəlir imkanlarının, xidmətlərin, logistikanın və sosial infrastrukturun daha rəqabətli səviyyəyə çatdırılmasına yönəlməlidir. Beşincisi, texnologiya məsələsidir. Torpaq pasportlaşdırılması, süni intellekt, peyk məlumatları, rəqəmsal analizlərin vurğulanması göstərir ki, aqrar sektor artıq ənənəvi idarəetmədən texnologiya əsaslı idarəetməyə keçir.

Ümumilikdə, WUF13-dən dərhal sonra kəndlərin iqtisadi dayanıqlılığı, regionlarda həyat və məşğulluq imkanları, Bakının artan yükünün balanslaşdırılması fonunda belə müşavirənin keçirilməsi olduqca vacib və zamanında atılmış addımdır. Prezident İlham Əliyevin müşavirədə qarşıya qoyduğu konkret hədəflər və verdiyi tapşırıqlar isə aqrar siyasətdə növbəti mərhələnin əsas istiqamətlərini aydın şəkildə göstərdi.

Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri