Icma.az
close
up
RU
Aqrar sektorda yağış sınağı

Aqrar sektorda yağış sınağı

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağışlar kənd təsərrüfatı sektorunda həm yeni ümidlər, həm də ciddi narahatlıqlar yaradıb. Dəyişkən hava şəraitinin aqrar sahəyə göstərdiyi təsir hazırda əkin sahələrində çalışan fermerlərdən tutmuş bazardakı sıravi istehlakçılara qədər bütün vətəndaşların diqqət mərkəzindədir.


"Kök meyvəlilər və tərəvəz bitkiləri təhlükədədir”

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, son günlər ard-arda müşahidə edilən intensiv yağışlar kənd təsərrüfatı sektoruna həm müsbət, həm də mənfi təsir göstərməkdədir: 

"Yağıntıların əsas müsbət tərəfi torpağın təbii yolla nəmlənməsini təmin etməsi, fermerlərin suvarma xərclərini əhəmiyyətli dərəcədə azaltması və bitkilərin vegetasiya dövrü üçün zəruri olan rütubət balansını yaratmasıdır. Bu amil xüsusilə toxum səpimi, eləcə də payızlıq və yazlıq əkin kampaniyaları üçün olduqca əlverişli zəmin formalaşdırır. Lakin məsələnin digər tərəfi də var. Uzunmüddətli və aramsız yağıntılar torpaq qatının eroziyasına, əkin sahələrinin su altında qalmasına və nəticə etibarilə məhsulun zərər görməsinə gətirib çıxara bilər. Xüsusilə kök meyvəlilər və tərəvəz bitkiləri həddindən artıq rütubətə məruz qaldıqda, onlarda çürümə və müxtəlif xəstəliklərin inkişaf riski kəskin artır. Bu cür hava şəraiti, həmçinin bəzi taxıl sahələrində dənli bitkilərin keyfiyyət göstəricilərini aşağı salaraq, ümumi məhsuldarlığa ciddi zərbə vura bilər. Müşahidələr göstərir ki, son intensiv yağışlar regionların xüsusiyyətlərindən asılı olaraq məhsula fərqli təsir edib. Bəzi ərazilərdə torpaq yetərincə nəmlənib və əkinlərin inkişaf dinamikası sürətlənib. Lakin digər bölgələrdə lokal su basmaları və xəstəliklər təsərrüfatlara artıq ziyan vurmağa başlayıb. Bu prosesdə ən çox risk altında olanlar torpağın rütubət səviyyəsinə xüsusilə həssas olan soğan və tərəvəz bitkiləridir”.

A.Nəsirli bildirir ki, yaranmış vəziyyətdə ilk növbədə, əkin sahələri üzərində nəzarət gücləndirilməlidir. Su basmış və ya çürüməyə meylli ərazilərdə təcili drenaj işləri aparılmalı, bitki xəstəliklərinin yayılmasının qarşısını almaq məqsədilə profilaktik müalicə və qoruyucu tədbirlərə başlanılmalıdır. 

Yağışlara məhsulların qiymətinə də təsir edəcək

İqtisadçının fikrincə, yağışlar fonunda qiymətlərin formalaşması birbaşa məhsulun həm ümumi həcmindən, həm də keyfiyyətindən asılı olacaq: 

"Əgər məhsulun əhəmiyyətli hissəsi itərsə, bazarda təklif azalacaq ki, bu da qiymət artımına səbəb olacaq. Əks ssenaridə isə, əgər yağıntılar ümumi məhsul bolluğu yaradarsa, qiymətlərdə azalma müşahidə edilə bilər”.

"Yazda əkilən məhsullar üçün vəziyyət ürəkaçan deyil”

Aqrar ekspert Eldar Hüseynov bildirdi ki, intensiv yağıntıların kənd təsərrüfatına təsiri fərqlidir. Dənli bitkilər, taxıl və buğda sahələri üçün bu cür hava şəraiti olduqca əlverişlidir. Belə ki, həmin bitkilər yeraltı sularla qidalanacaq ki, bu da məhsuldarlığa müsbət təsir göstərəcək və qışlıq məhsullarda heç bir problem yaşanmayacaq:

"Lakin yaz və yay üçün nəzərdə tutulan, xüsusən də yazda əkilən məhsullar üçün vəziyyət heç də ürəkaçan deyil. Məsələn, yağıntılar səbəbindən fermerlər artıq 20 gündür ki, kök əkinini həyata keçirə bilmirlər. Torpaq şumlanıb hazırlansa da, aramsız yağışlar çatların yaranmasına səbəb olur və əkin prosesini dayandırır. Bununla yanaşı, Sabirabad, Saatlı və İmişli rayonlarında qarpız, o cümlədən polietilen örtükaltı badımcan əkinində müəyyən çətinliklər yaranıb. Təbii amillər ən çox Aran və şimal bölgələrinə mənfi təsir göstərib. Şimalda açıq sahədə pomidor əkinləri ciddi ziyan görüb. Eyni zamanda, Mil-Muğan zonasında - Bərdə, Beyləqan və Ağcabədi rayonlarında yaz əkini üçün hazırlanan pomidor və bibər şitilləri itkiyə məruz qalıb. Nəzərə almaq lazımdır ki, bu bölgə məhsuldarlıq baxımından şimaldan təxminən 20 gün – 1 ay daha öndədir. Həmçinin Sabirabadda əkilməsi planlaşdırılan qarpız şitillərini hələ də sahəyə köçürmək mümkün olmayıb. Əkilmiş və sel suları altında qalan məhsullara gəldikdə isə, bu hala əsasən Quba bölgəsində rast gəlinib. Çayların daşması nəticəsində yeni salınmış moruq və çiyələk sahələri tamamilə su altında qalaraq sıradan çıxıb”.

E.Hüseynovun sözlərinə görə, mövcud vəziyyətin fonunda bazarlarda yaxın vaxtlarda hər hansı ucuzlaşma gözlənilmir:

"Təsadüfi deyil ki, son zamanlar çəhrayı pomidorun qiymətində də kəskin bahalaşma müşahidə edilir. Azərbaycanda 500 hektardan çəhrayı pomidor yığılmalı olduğu halda, hazırda bazarda cəmi 10 hektarın məhsulu var ki, bu da tələbatı ödəmir. Çünki məhsulun böyük bir qismi Rusiyaya və Polşa üzərindən Avropaya ixrac olunur. Bütün bu ixrac və təklif azlığı fonunda daxili bazarda pomidorun qiyməti hələ bir müddət baha olaraq qalacaq”.

"Xəstəliklər yarana bilər”

Ekspertin fikrincə, digər narahatedici məqam intensiv yağışların ardınca günəşli havanın müşahidə olunmasıdır:

"İstixanalarda yaranan nəmlik və torpaqdakı məhsulun üzərinə düşən günəş şüaları avtomatik olaraq bakterial xəstəliklərin oyanmasına gətirib çıxaracaq. Bu isə fermerləri bitki xəstəliklərinə qarşı ciddi mübarizə aparmağa məcbur edəcək. Ümumi mənzərəyə əsasən, bu il pomidorun baha olacağı qətidir. Şitilçilik və istixana sektorundakı mövcud vəziyyətə əsasən deyə bilərik ki, bu il əkinlərin həcmində də ciddi azalma var. Müqayisə üçün qeyd edək ki, ötən il istixana təsərrüfatlarında şitil üçün 7 milyon pomidor toxumu sifariş verilmişdisə, bu il həmin rəqəm cəmi 1,5 milyona düşüb”.

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Aprel 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri